“Azərpoçt”un Sumqayıtdakı şöbəsində müvəqqəti fasilə yaranıb
Bakı, 7 aprel, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Sumqayıtda 30-cu məhəllə 5/8 ünvanında yerləşən AZ5004 indeksli poçt şöbəsində ümumi binada yaranan nasazlıq səbəbindən vətəndaşlara müvəqqəti olaraq xidmət göstərilməsində fasilə yaranıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, vətəndaşlara göstərilən xidmətlərin fasiləsizliyinin təmin olunması məqsədilə hazırda qeyd edilən poçt şöbəsinin yaxınlığında səyyar poçt xidməti fəaliyyət göstərir.
Xidmətlərdən istifadə etmək istəyən vətəndaşlar ərazidə fəaliyyət göstərən səyyar poçt xidməti məntəqəsinə yaxınlaşa bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
- 12.06.2026 [16:58]
Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
- 12.06.2026 [16:42]