“AZƏRREYL” AVROPA ÇEMPİONLAR LİQASINI TƏRK ETDİ
Həmin gün Azərbaycan çempionu “Azərreyl” komandası Bakı İdman Sarayında İtaliyanın “Foppapedreti” klubunu qəbul etmişdir. İlk oyunda İtaliya komandası 3:1 hesabı ilə qələbə qazandığına görə “Azərreyl” dördlər finalına vəsiqə əldə etmək üçün bu görüşdə rəqibə 3:0 hesabı ilə qalib gəlməli idi. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun ilk iki hissəsində voleybolçularımız italiyalı həmkarlarını məğlub etsələr də, üçüncü hissə komandamız üçün uğursuz oldu. Ümumilikdə isə, oyun 3:2 hesabı ilə italyanların qələbəsi ilə qurtardı (29:27, 25:22, 11:25, 22:25, 6:15).
Beləliklə, komandamızın çempionlar liqasındakı mübarizəsi də uğursuzluqla başa çatdı.
Xatırladaq ki, Natalya Məmmədova çempionlar liqasının qrup oyunları çərçivəsində göstərdiyi peşəkarlığa görə “Ən məhsuldar oyunçu” adına layiq görülmüş və Avropa Voleybol Konfederasiyasının xüsusi kuboku ilə təltif olunmuşdur. Çempionlar liqasının Fransada keçiriləcək dördlər finalında yerli “Kann”, Türkiyənin “Vakifbank”, İtaliyanın “Pallavolo Sirio” və “Foppapedreti” komandaları iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]