“Azərreyl” “Çağırış kuboku” turnirində Rumıniyanın “Stiinta” komandası ilə qarşılaşıb
Bakı, 9 yanvar, AZƏRTAC
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” komandası Avropa Voleybol Konfederasiyasının “Çağırış kuboku” turnirinin onaltıdabir final mərhələsinin cavab oyununda Rumıniyanın “Stiinta” komandasını qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil edilən görüş “Azərreyl” komandasının 3:0 (25:23, 27:25, 25:14) hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında dekabrın 12-də Rumıniyada keçirilmiş ilk oyunda “Stiinta” voleybolçuları 3:1 hesabı ilə qələbə qazandığından cütün taleyi “qızıl set”də həll olunub. Bu setdə rəqib komanda Azərbaycan təmsilçisini üstələyərək iki görüşün ümumi nəticəsinə görə səkkizdəbir final mərhələsinə vəsiqə əldə edib - 15:13.
Oyunu yunanıstanlı baş hakim Teodora Kiriopoulu idarə edib. Ona Bosniya və Herseqovinadan olan həmkarı Milan Nikoliç kömək edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]