“AZƏRREYL” İTALİYANIN “PALLAVOLO SİRİO” KOMANDASI İLƏ GÖRÜŞƏCƏK
Bu mötəbər yarışlarda ölkəmizi təmsil edən “Azərreyl” komandası Bakı İdman Sarayında İtaliya çempionu “Pallavolo Sirio” klubunu qəbul edəcəkdir. Cavab oyunu isə 2006-cı il yanvarın 11-də İtaliyanın Peruca şəhərində olacaqdır.
Güclü voleybolçuları ilə tanınan Serbiya və Çernoqoriya, Polşa, Braziliya və digər ölkələrdən legioner oyunçularla heyətini gücləndirmiş “Pallavolo Sirio” “dünya milli yığması” adını almışdır. Avropa çempionlar liqasında qalib gəlmək niyyətində olan “Azərreyl” isə heyətini ukraynalı voleybolçularla gücləndirmişdir. Klub Marina Qarçanyuk və Lidya Maksimenko ilə bir illik müqavilə bağlamışdır.
Xatırladaq ki, çempionlar liqası çərçivəsində I turun oyunlarından sonra “A” qrupunda “Pallavolo Sirio”, “Tenerife” (İspaniya) və “Vakifbank” (Türkiyə) komandalarının iki, “Azərreyl”, “Kalisiya” (Polşa) və “Mladost” (Xorvatiya) klublarının isə bir xalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]