“Azerspace-1” peyki orbitə buraxıldı
Kuala Lumpur, 8 fevral (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, fevralın 8-də Bakı vaxtı ilə saat 1:35 radələrində Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peyki Fransız Qvianasında yerləşən Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən orbitə buraxıldı.
Çəkisi 3,2 ton olan peyk orbitə “Ariane-5” daşıyıcı raketi ilə çıxarılır. Startdan təqribən 33 dəqiqə sonra raketin gövdəsindən ayrılacağı gözlənilir.
Azərbaycanın ilk telekommunikasiya peyki Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşəcəkdir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri,
Kuala Lumpur