Azərbaycan Dövlət İnformasiya Agentliyi

“AZƏRSU” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN SƏDRİ NİZAMMƏDDİN RZAYEVİN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə iqtisadiyyatının hərtərəfli inkişafına yönəldilmiş sosial-iqtisadi strategiya, bu gün möhtərəm cənab Prezident, Sizin tərəfinizdən uğurla davam etdirilir və ölkə iqtisadiyyatı yüksək sürətlə inkişaf edir.

Respublikanın sosial-iqtisadi həyatında baş verən bu dinamik inkişaf kommunal sektorda, o cümlədən su təchizatı sistemində də öz əksini tapmışdır. Sizin böyük qayğı və diqqətiniz sayəsində infrastrukturun vacib sahələrindən biri olan su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına dövlət qayğısı xeyli artırılmış, bu sahədə aparılan islahatların və müəyyən olunmuş proqramların reallaşmasına imkan yaranmışdır.

Respublikamızın sosial-iqtisadi həyatında baş verən sürətli inkişafla əlaqədar əhalinin və sənayenin suya olan tələbatı artmaqdadır. Bununla bağlı olaraq, hazırda və perspektivdə respublikanın şəhər və kəndlərində o cümlədən, Bakı şəhərində suya artan tələbatın ödənilməsi, mövcud su təchizatı və kanalizasiya sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı Sizin tapşırığınıza uyğun olaraq, aparılmış araşdırmalar haqqında məlumat vermək istəyirəm.

Möhtərəm cənab Prezident!

İcazə verin, əvvəlcə Bakı şəhərinin su təchizatı sisteminin mövcud vəziyyəti haqqında məlumat verim. Bildiyiniz kimi, hazırda Bakı şəhərinə 4 mənbədən su verilir. Şəhərin su təchizatı 2 ədəd baş sutəmizləyici qurğular kompleksi, 25 ədəd regional, 633 ədəd məhəllədaxili nasos stansiyası, 1500 kilometr magistral, 2950 kilometr paylayıcı su kəmərləri, ümumi həcmi 902 min kubmetr olan 11 ədəd mərkəzi və ümumi həcmi 147 min kubmetr olan 317 ədəd məhəllədaxili su anbarı vasitəsilə həyata keçirilir.

1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində respublikanın o zamankı rəhbərlərinin səriştəsizliyi nəticəsində ictimai-siyasi həyatda yaranmış qeyri-sabitlik və infrastruktura baxımsızlıq şəraitində Bakı şəhərinin su təchizatı sistemi dağılmaq təhlükəsi qarşısında idi.

Bunu nəzərə alaraq, 1995-ci ildə ulu öndərimiz MDB ölkələri arasında ilk dəfə olaraq, Dünya Bankından və Avropa Bankından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail oldu. Bu layihə reabilitasiya xarakteri daşımaqla, Bakı şəhərinin su təchizatında su itkilərinin nisbətən azaldılmasına, verilən suyun keyfiyyətinin yaxşılaşdırılmasına və ümumən, sistemin qorunub saxlanmasına imkan verdi.

Mənbələrdən gələn sudan kəmərlər boyu yerləşən şəhər, qəsəbə və kəndlər su götürdükdən sonra, Bakı şəhərinə saniyədə 12,8 kubmetr su verilir. Respublikada gedən iqtisadi inkişaf nəticəsində Bakı şəhərində də infrastruktur genişlənir, yeni sənaye obyektləri tikilir, yaşayış massivləri salınır ki, bu da suya tələbatın artmasına səbəb olmuşdur. Şəhərin bir neçə rayonunda su anbarlarının mövcud həcmləri az olduğundan, bəzi istehlakçılara su qrafiklə verilir.

Hazırda Bakı şəhərində 500 mindən artıq abonent vardır ki, bunların da 200 minə qədərində sayğaclar quraşdırılmışdır. Cari ildə bu işlər davam etdirilərək, 150 min sayğac quraşdırılacaq və 2009-cu ildə tamamlanacaqdır. Qeyri-əhali sektorunda isə 90 faizdən çox abonentə sayğaclar quraşdırılmışdır.

Son illər magistral su kəmərləri ətrafında yerləşən ərazilərdə çoxlu sayda yeni fərdi yaşayış evləri və bağ evləri tikilmişdir. Bu evlərdə sudan suvarma məqsədi ilə də istifadə olunduğundan israfçılığa yol verilir.

Ümumilikdə yuxarıda göstərilən amillər - şəhər supaylayıcı şəbəkəsinin bir hissəsinin istismar müddətinin keçməsi, binadaxili borularda su itkilərinin böyük olması, şəhər su anbarlarının həcmlərinin azlığı, anbarlararası tranzit xətlərin öz funksiyasını yerinə yetirə bilməməsi, sayğaclaşdırmanın başa çatdırılmaması və fərdi evlərdə yaşayan əhalinin bir çox hallarda içməli sudan suvarma məqsədi ilə istifadə etməsi şəhərə verilən suyun paylanmasında çətinliklər yaradır və bəzi yerlərdə qrafiklə suyun verilməsinə səbəb olur. Göstərilən bu çatışmazlıqlar nəticəsində hazırda şəhər əhalisinin 40 faizə qədəri su ilə fasilələrlə təmin edilir.

Möhtərəm cənab Prezident!

Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə 2002-ci ilin dekabr ayında ulu öndərimiz Heydər Əliyev tərəfindən Oğuz-Qəbələ rayonları ərazisindən su kəmərinin çəkilməsi ilə əlaqədar hazırlıq işlərinin görülməsi barədə müvafiq tapşırıq verilmişdi. 2005-ci il sentyabrın 1-də Siz bu layihəni ictimaiyyət qarşısında müzakirə etdiniz və maliyyələşdirilməsi haqqında sərəncam verdiniz. 2007-ci il martın 1-də Oğuz-Qəbələ-Bakı su kəmərinin təməlini qoyaraq öz xeyir-duanızı verdiniz. Ulu öndərimizin su sektorunda başladığı strategiyanı daha da inkişaf etdirməklə, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsini həyata keçirdiniz. Su kəmərinin tikintisinin gedişini daim nəzarətinizdə saxlayırsınız. Ötən ilin oktyabr ayında işin gedişi ilə tanış olmağınız, podratçı şirkətin nümayəndələri, habelə tikinti sahəsində işləyən fəhlələrlə görüşüb lazımi tapşırıq və tövsiyələr verməyiniz layihənin iştirakçılarında böyük ruh yüksəkliyi doğurmuşdur.

Məruzə edirəm ki, bu günə qədər boru kəmərinin 120 kilometrə qədəri tikilmiş, 180 kilometrə qədər hissədə xidməti yollar çəkilmiş və digər hazırlıq işləri görülmüşdür. Paralel olaraq, çay keçidləri və su kəmərinin sonundakı qurğular da tikilir. Quyu sahəsində qazma işlərinə başlanılmışdır. Paytaxtın su təchizatında önəmli yer tutacaq Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi cədvələ uyğun uğurla davam etdirilir.

Möhtərəm cənab Prezident!

Sizin Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadı inkişafının sürətləndirilməsinə dair Sərəncamınız ətraf qəsəbələrin su təchizatının yaxşılaşdırılması üçün önəmli bir proqram sənədidir. Şəhər ətrafındakı qəsəbələrin bəzilərində su şəbəkəsi qismən mövcuddur ki, bu da yaşayış məntəqələrinin ərazisini tam əhatə etmir və əsaslı şəkildə yenidən qurulmalıdır. 6 qəsəbədə isə quyu sularından istifadə edilir.

Sizin tapşırığınızla su təchizatı sistemlərinin yenidən qurulması ilə bağlı geniş şəkildə araşdırmalar aparılmış və layihə-smeta sənədləri tərtib edilmişdir. Su təchizatı daha acınacaqlı olan qəsəbələrdə müəyyən işlər görülmüşdür və bu işlər cari ildə də davam etdirilir. Bakıətrafı qəsəbələrin əhalisi bu işləri çox böyük razılıqla qarşılayır və Sizə minnətdarlığını bildirir.

Möhtərəm cənab Prezident!

İcazənizlə, Bakı səhərinin mövcud kanalizasiya sistemi haqqında məlumat verərdim.

Bakı şəhərinin kanalizasiya sistemi ümumi uzunluğu 1300 kilometr olan şəbəkədən, 3 əsas ana kollektordan, çirkab suları təmizləyən qurğulardan və 24 regional nasos stansiyasından ibarətdir və şəhərin təxminən 70 faizini əhatə edir. Kanalizasiya sistemi 1924-cü ildə tikilməyə başlansa da, əsasən, 1970-80-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə həyata keçirilən “Bakının böyük kanalizasiya layihəsi” çərçivəsində yaradılmışdır. Bu layihə ulu öndərin nüfuzu nəticəsində əlavə mərkəzləşmiş vəsaitin ayrılması hesabına yerinə yetirilmişdir.

Bakı şəhərinin kanalizasiya sistemindəki mövcud problemlər haqqında qısa məlumat vermək istərdim:

-diametri kiçik olduğundan, əsas magistral kollektorlar yaranan çirkab suları tam qəbul edib təmizləyici qurğulara ötürə bilmir;

-şəhər ərazisinin 30 faizinin kanalizasiya sistemi yoxdur, mövcud kanalizasiya sistemindəki boruların diametrləri hazırkı tələblərə cavab vermir;

-regional ötürücü nasos stansiyalarının istismar müddətləri keçmişdir və məhsuldarlığı azdır;

-yağış kanalizasiyası ilə təsərrüfat-məişət kanalizasiyası bir-biri ilə əlaqəlidir;

-təmizləyici qurğuların məhsuldarlığı azdır.

Bakı şəhəri üzrə gün ərzində təxminən 940 min kubmetrədək çirkab suyu yaranır ki, bunun da 265 min kubmetrə qədəri təmizlənmədən yağış kanalizasiya kollektorları vasitəsilə Bakı buxtasına axıdılırdı. Buxtaya axıdılan çirkab suların qarşısının alınması üçün Sizin göstərişinizlə, son üç ildə xeyli iş görülmüşdür və 158 kilometr kanalizasiya xətləri və 1,8 kilometr tunel tipli kanalizasiya kollektoru tikilmişdir və digər işlər görülmüşdür.

Bunun nəticəsində buxtaya axıdılan çirkab suların miqdarı 100 min kubmetrə qədər azalmışdır. 2008-ci ildə bu işlər davam etdiriləcək və ilin sonuna qədər yağış kanalizasiya kollektorları vasitəsilə Milli Park ərazisindən Bakı buxtasına axıdılan çirkab suların qarşısı alınacaqdır.

Möhtərəm cənab Prezident!

Məlum olduğu kimi, şəhərin kanalizasiya sistemində formalaşan çirkab suların əsas hissəsi Hövsan aerasiya stansiyasında təmizlənir. 1970-ci illərdə tikilmiş bu qurğunun yenidən qurularaq genişləndirilməsinə böyük ehtiyac var idi. Bunu nəzərə alaraq, Sizin tapşırığınızla qurğunun yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycan və Fransa hökumətləri arasında kredit müqaviləsi imzalanmışdır. Layihə işlərinə 2007-ci ildə başlanılmışdır və 2009-cu ildə başa çatdırılacaqdır.

Hövsan aerasiya stansiyasında təmizlənən suların Xəzər dənizinə buraxılması üçün çıxış xətlərinin quraşdırılması üçün Dünya Bankı ilə kredit sazişinə dair danışıqlar aparılır. Sizin göstərişinizə əsasən, Sahil qəsəbəsindəki təmizləyici qurğuda yenidənqurma işləri bu il yerinə yetiriləcəkdir.

Möhtərəm cənab Prezident!

Sizin Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadı inkişafının sürətləndirilməsinə dair Sərəncamınız üzrə şəhərətrafı qəsəbələrin kanalizasiya sistemlərinin yaxşılaşdırılması üçün işlər görülməkdədir. Hazırda Bakı şəhəri ətrafındakı qəsəbələrin cəmi 5-də kanalizasiya şəbəkəsi var, 20-də bu şəbəkə qismən yaradılmış, qalanlarında isə, demək olar, yoxdur. Sizin tapşırığınıza əsasən, Bakıətrafı qəsəbələrin kanalizasiya şəbəkələrinin yaradılması və çirkab suları təmizləyən qurğuların tikilməsi ilə bağlı işlər görülmüşdür.

Buzovna qəsəbəsində məhsuldarlığı sutkada 10 min kubmetr, Şüvəlan qəsəbəsində isə 16 min kubmetr olan bioloji təmizləyici qurğular kompleksinin 1-ci növbəsi (məhsuldarlığı 8 min kubmetr), 93 kilometrə qədər kanalizasiya xətləri, 5 ədəd kanalizasiya nasos stansiyası tikilib istifadəyə verilmişdir. Zabrat qəsəbəsində də kanalizasiya şəbəkəsi yaradılmışdır və işlər cari ildə də davam etdirilir.

Möhtərəm cənab Prezident!

İndi isə Bakı şəhərinin yağış kanalizasiya sistemi haqqında qısa məlumat vermək istərdim.

Paytaxtda ümumi uzunluğu təxminən 130 kilometrə qədər olan yağış kanalizasiya kollektoru şəbəkəsi mövcuddur ki, bu da, əsasən, şəhərin mərkəzi hissəsini əhatə edir. Son illər aparılmış tikinti-quraşdırma işləri nəticəsində yağış kollektorlarının bəzilərinə axıdılan çirkab suların qarşısı alınmışdır və işlər bu il də davam etdiriləcəkdir. İlkin araşdırmalara görə, ümumi uzunluğu 200 kilometrə qədər olan müxtəlif diametrli yeni yağış kanalizasiya kollektorları tikilməlidir. İlkin hesablamalara görə, bu işlərin görülməsi üçün 84 milyon manat vəsait tələb olunur.

Möhtərəm cənab Prezident, respublikanın regionlarındakı şəhər və kəndlərin mövcud su təchizatı və kanalizasiya sistemi haqqında da məlumat vermək istərdim.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına müvafiq olaraq, su və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı ən təxirəsalınmaz işlər yerinə yetirilmişdir. Bu, mövcud problemləri qismən həll etməyə imkan vermiş və 200 mindən çox əhalinin içməli su ilə təchizatı yaxşılaşmışdır. Son üç ildə görülmüş işlər bu il də davam etdirilir.

Regionlardakı şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin qənaətbəxş olmadığını nəzərə alaraq, Sizin iki il bundan öncə verdiyiniz tapşırığa əsasən, beynəlxalq maliyyə təşkilatları ilə danışıqlar aparılmış və 61 şəhər və rayon mərkəzinin maliyyələşdirilməsi razılaşdırılmışdır. O cümlədən Asiya İnkişaf Bankı ilə Naxçıvan, Ağdaş və Göyçay şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə saziş imzalanmışdır. İşlərə bu il başlanılır.

Almaniyanın KfW Bankı ilə Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dair saziş imzalanmışdır. Dünya Bankı ilə 22 şəhər və rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə müqavilə (1-ci layihə) imzalanmışdır. 2-ci layihə üzrə 21 rayon mərkəzinin və ətraf kəndlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının maliyyələşdirilməsi barədə razılıq əldə olunub və yaxın vaxtlarda kredit sazişinin imzalanacağı gözlənilir.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə bağlanacaq müqavilə isə 10 rayon mərkəzini əhatə edəcəkdir. Bununla bağlı razılıq protokolu imzalanıb və yaxın vaxtlarda kredit sazişinin imzalanması planlaşdırılır. İslam İnkişaf Bankı ilə Ağcabədi, Balakən və Beyləqan rayonları üzrə kredit sazişinin bağlanması üçün danışıqlar aparılır. Sadalanan layihələr üzrə işlərin 2008-ci ildə başlanılması və 2010-cu ildə başa çatdırılması nəzərdə tutulur.

Möhtərəm cənab Prezident, çıxışımın sonunda Sizi əmin edirəm ki, əhalinin sosial rifahının yüksəldilməsi və ölkə iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyiniz işlərdə və bizim qarşımızda qoyulan vəzifələrin həll edilməsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin kollektivi var qüvvəsini əsirgəməyəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib