AZƏRTAC İLƏ “NOVOSTİ” AGENTLİYİ ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
AZƏRTAC-ın rəhbəri qonaqlara müxtəlif ölkələrdə müxbir məntəqələri olan respublikamızın baş informasiya orqanının fəaliyyətindən, dünyanın aparıcı informasiya agentlikləri ilə əlaqələrindən danışmışdır. O qeyd etmişdir ki, AZƏRTAC Asiya və Sakit okean Ölkələrinin İnformasiya Agentlikləri Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin İnformasiya Agentlikləri Alyansı kimi mötəbər beynəlxalq qurumlara və digər qurumlara daxildir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin göstərdiyi və indi Prezident İlham Əliyevin davam etdirdiyi çox böyük qayğı sayəsində AZƏRTAC nüfuzlu informasiya agentlikləri sırasında layiqli yer tutmuşdur.
Görüşdə AZƏRTAC ilə Rusiyanın qocaman agentliklərindən biri olan “Novosti” agentliyi arasında əməkdaşlığı genişləndirməyin zəruriliyi vurğulanmışdır.
Alan Kasayev həmçinin Azərbaycanın və Rusiyanın informasiya agentlikləri arasında informasiya mübadiləsinin vacibliyini qeyd edərək demişdir ki, payızda Bakıda “Novosti”nin nümayəndəliyi açılacaqdır. Bundan başqa, fotosərgi keçirilməsi də nəzərdə tutulur. Sərginin materialları sonra Heydər Əliyev Fonduna hədiyyə ediləcəkdir.