AZƏRTAC-ın fotomüxbiri Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri lentinə layiq görülüb
Bakı, 22 dekabr, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Slovakiyada keçirilən “Bardaf International Exhibition” beynəlxalq fotomüsabiqəsində Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) fəxri lentinə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Ermənistan tərəfindən raket zərbəsinə məruz qalan dinc şəhərin sakinlərinin təsvir edildiyi, 2020-ci il oktyabrın 17-də Gəncədə çəkilən “Gecə faciəsi” adlı şəkil “Fotojurnalistika” kateqoriyasında mükafata layiq görülüb.
Belqrad şəhərində təşkil olunan “Beauty of face and body 2020” beynəlxalq fotomüsabiqədə AZƏRTAC-ın fotomüxbirinin digər əl işi FIAP-ın qızıl medalını qazanıb. Həmin müsabiqədə azərbaycanlı fotoqrafa qələbə gətirən 2016-cı ilin sentyabrında Braziliyada Paralimpiya Oyunları zamanı çəkilən “Emosiyalar” adlı foto olub.