“AZPETROL” KEYFİYYƏTƏ GÖRƏ BEYNƏLXALQ MÜKAFAT ALMIŞDIR
“Azpetrol” şirkəti keyfiyyətə görə beynəlxalq mükafata layiq görülmüşdür. Bu mükafat onun əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasının və yeni texnologiyalara və innovasiyalara can atmasının sübutdur.
Mükafat mərasimi 2002-ci il iyulun 14-də Keyfiyyət Üzrə Beynəlxalq Konvensiyanın XVI iclasında təqdim olunmuşdur. Mərasimi Avropa və ABŞ-dakı peşəkarların rəhbərlik etdiyi “Bizness İnitiative Direktions” şirkəti təşkil etmişdir. Şirkətin mətbuat üçün yaydığı məlumatda deyilir ki, “Azəpetrol” keyfiyyətə görə, digər şirkətlər arasında liderliyə can atdığına görə qızıl medala layiq görülmüşdür. Şirkət özəl biznesin inkişafının yeni mərhələsi üzərində işləyir, üç istiqaməti - keyfiyyətin idarəolunması sistemini, ətraf mühitin və əməyin mühafizəsini, təhlükəsizlik texnikasını özündə birləşdirən inteqrasiya edilmiş idarə sistemini tətbiq edir. Bu proqram çərçivəsində keyfiyyətin sertifikatlaşdırılmasına hazırlıq üzrə tədbirlər görmək üçün araşdırmalar aparılmışdır, mövcud sistemi dünya standartlarına uyğunlaşdırmaq üçün treyninqlər keçirilməyə başlanır. Bu işlər “Büro Veritas” transmilli şirkəti ilə birgə aparılır.
Bu il beynəlxalq auditor şirkətinin ekspertləri 2001-ci maliyyə ili üçün audit keçirmişlər. Yoxlamadan sonra “Azpetrol”un tərəfdaşı olan “Ernst və Yanq” şirkətinin rəhbəri Piter Berni demişdir ki, onlar ayrı-ayrı layihələrdə sıx əməkdaşlıq şəraitində geniş miqyaslı xidmətləri təmin edirlər.