AzTU ilə alman şirkətləri arasında əlaqələr genişlənir
Bakı, 1 may, AZƏRTAC
Almaniyanın “Siemens Energy” şirkətinin Elm və təhsil departamentinin rəhbəri Yaşar Musayev, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Kamran Hüseynov, Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Hayke Şvars və bir sıra alman şirkətlərinin nümayəndələri AzTU-da olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı “Siemens” şirkətinin AzTU-da yaşıl enerji texnologiyaları üzrə laboratoriyanın qurulmasında dəstək imkanları müzakirə olunub.
Bundan başqa, birgə konfransların keçirilməsi, Almaniyanın bərpa olunan enerji mənbələri üzrə fəaliyyət göstərən müəssisələri ilə AzTU arasında elmi-texniki əlaqələrin qurulması haqqında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]