AZYAŞLI HƏMYERLİMİZ BEYNƏLXALQ TURNİRİN QALİBİ OLMUŞDUR
Həmyerlimiz Nicat Abbasov şahmatçıların Fransanın Banyo şəhərində iyunun 29-dan iyulun 4-dək keçirilən 25-ci açıq turnirinin səkkizyaşlılar qrupunda birinci yeri tutmuşdur. İsveçrə sistemi ilə keçirilən həmin turnirdə altı ölkəni təmsil edən 8-16 yaşlı 80 şahmatçı qələbə uğrunda mübarizə aparmışdır. T.İsmayılov adına riyaziyyat-informatika təmayüllü məktəbin şagirdi, Olimpiya ehtiyatlı ixtisaslaşmış uşaq-gənclər şahmat məktəbinin məşqiçisi Bəhruz Qurbanovun yetirməsi olan Nicat Abbasov 6 mümkün xaldan 3,5 xal toplayaraq turnirin kubokunu qazanmışdır. Kiçik yaşlı soydaşımız keçirdiyi 6 oyunun 3-nü udmuş, birini heç-heçə oynamış, ikisində isə məğlub olmuşdur. Nicat həm də 3-dən artıq xal toplayan ən kiçik şahmatçi üçün nəzərdə tutulan mükafata - şahmat saatına və kitablara da layiq görülmüşdür. Ölkəmizi təmsil edən digər 9 yaşlı şahmatçı Murad Zamanov isə ona göstərilən etimadı doğrulda bilməmişdir. Ölkəmizin Fransadakı səfiri Eleonora Hüseynova Nicat Abbasovu qəbul etmiş, gərgin mübarizə şəraitində ölkəmizin idman şərəfini ləyaqətlə qoruyaraq birinci yeri tutduğuna görə onu təbrik etmiş, dərsləri ilə maraqlanmış, gələcək yarışlarda uğurlar arzulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:11]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [15:23]
Müxtəlif sahələrdə fəallığı ilə fərqlənən 15 gənc təltif olunub
- 07.08.2026 [23:54]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]