Azərbaycan Dövlət İnformasiya Agentliyi

Babək Rayon Rabitə İdarəsinin yeni binası istifadəyə verilib

Naxçıvan, 27 fevral, AZƏRTAC

Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son illər Rabitə və Yeni Texnologiyalar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi yaşayış məntəqələrində müasir poçt-rabitə xidmətlərinin təşkilinə səbəb olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fevralın 27-də Babək Rayon Rabitə İdarəsinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bu sahədə beynəlxalq təcrübəyə və qabaqcıl texnologiyalara əsaslanan fəaliyyət sayəsində müsbət nəticələr əldə edilib, ən müasir standartlara uyğun telekommunikasiya infrastrukturu formalaşdırılıbdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 11 ildə muxtar respublikada rabitə xidmətlərinin həcmi 4 dəfə, avtomat telefon stansiyaların sayı 2,3 dəfə, telefon abunəçilərini sayı 2 dəfə, internet trafikinin həcmi 20 min dəfə, telekommunikasiya kanallarının tutumu isə 4 min dəfə artıb. Muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron hökumətin tətbiqi istiqamətində də müvafiq işlər görülüb, “Elektron hökumət” portalı üzərindən rabitə, genişzolaqlı internet xidməti haqları, elektrik enerjisi və təbii qazdan istifadə haqlarının onlayn ödənişinə başlanılıb. “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin göstərdiyi xidmətlərin həcmi də artırılıb, 2014-cü ildə 12 yeni avtomat telefon stansiyası və 9 yeni poçt bölməsi istifadəyə verilib. Əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verən Rövşən Məmmədov yaradılan şəraitə görə muxtar respublika rabitəçiləri adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək Rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək Rayon filialı üçün yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivləri təbrik edərək deyib: 1979-cu ildən fəaliyyət göstərən Babək Rayon Rabitə İdarəsi 1 qəsəbə və 36 kəndi əhatə etməklə, 73 minə yaxın əhaliyə xidmət göstərir. Rayonda rabitə xidməti 25 avtomatlaşdırılmış rabitə bölməsi tərəfindən həyata keçirilir. Eyni zamanda “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək Rayon filialı da 24 poçt bölməsi ilə rayon əhalisinin xidmətindədir. Babək rayonunun kənd yaşayış məntəqələrində müasir tipli ATS-lər qurulmuş, bütün ərazi optik arabağlantı ilə təmin olunmuş və internetin əhatə dairəsi 100 faizə çatdırılmışdır. Yaradılan bu şərait rayonda rabitə və poçt xidmətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinə imkan verir.

“Yeni texnologiyaların tətbiqi, rabitə və poçt xidmətinin səviyyəsinin yüksəldilməsi zamanın tələbidir”, - deyən Ali Məclisin Sədri bildirib ki, ölkəmizdə rabitə və yeni texnologiyalar sisteminin inkişafı diqqət mərkəzində saxlanılır. Son illər bu sahənin maddi-texniki bazası xeyli gücləndirilib, qanunvericilik bazası yaradılıb, dövlət proqramları qəbul olunubdur. Ölkəmizdə həyata keçirilən bu tədbirlərin tərkib hissəsi kimi muxtar respublikada da informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilir, bu sahədə müvafiq tədbirlər görülür.

Ali Məclisin Sədri deyib: Müasir cəmiyyəti yeni texnologiyalarsız təsəvvür etmək olmaz. Cəmiyyət həyatının bütün sahələrində yeni texnologiyaların tətbiqi vacibdir. Çünki bunlarsız ölkənin inkişafını təmin etmək mümkün deyil. Bu gün ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilməsinin əsas səbəbi də cəmiyyətin informasiyaya olan tələbatını ödəmək, eləcə də təhsil sistemini yeni texnologiyaların tətbiqi hesabına inkişaf etdirməkdir. Muxtar respublikada buna nail olunub, ümumtəhsil məktəblərində kompyuter sinifləri yaradılıb, internetə çıxış təmin edilib, elektron lövhələr quraşdırılıbdır. Həmçinin muxtar respublikada distant təhsilin tətbiqinə başlanılıb, məktəb-muzey şəbəkəsi yaradılıb. Bundan başqa əhalinin rahatlığını təmin etmək üçün “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb, onun filial və bölmələrinin fəaliyyəti təmin edilib. Artıq muxtar respublika əhalisinə yaşadıqları ərazilərdəki poçt şöbələri vasitəsilə müxtəlif xidmətlər göstərilir. Muxtar respublikanın yaşayış məntəqələrinin tamamilə optik arabağlantı ilə təmin edilməsi və alternativ optik xəttin çəkilişinin başa çatdırılması isə “Evədək optika” layihəsinin həyata keçirilməsinə geniş imkanlar açıb. Bir sözlə, bu gün rabitə və yeni texnologiyalar sahəsində həyata keçirilən tədbirlər muxtar respublikanın inkişafına və əhalinin rahatlığına xidmət edir.

Ali Məclisin Sədri qarşıda mühüm vəzifələrin durduğunu bildirərək deyib: Bu gün dünyada gedən prosesləri izləmək və müasir inkişafla ayaqlaşmaq üçün informasiya texnologiyalarının tətbiqinə, inkişafına və öyrənilməsinə ciddi fikir verilməlidir. Yeni texnologiyaların tətbiqi yeni mütəxəssislərin hazırlanması deməkdir. Muxtar respublikada yeni texnologiyaların tətbiqi ilə yanaşı, mütəxəssis hazırlığına da ciddi diqqət yetirilməlidir. Rabitə sistemində yeni texnologiyaların tətbiqi həm də əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəltməyi zəruri edir. Ona görə də Rabitə və Yeni Texnologiyalar Nazirliyi və onun qurumları əhaliyə nümunəvi xidmət göstərməli, insanlar muxtar respublikada quraşdırılan yeni texnologiyaların, müasir rabitə və poçt xidmətlərinin imkanlarından istifadəyə təşviq olunmalıdır.

Ali Məclisin Sədri rabitə işçilərinin əhaliyə nümunəvi xidmət göstərmək üçün səylərini daha da artıracaqlarına əminliyini bildirib, bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada 16 iş otağı ayrılıb, 72 yerlik iclas zalı, yeməkxana və digər xidməti otaqlar istifadəyə verilib. Burada informasiya-kommunikasiya texnologiyalarının ən son yenilikləri tətbiq olunub, müasir elektron avtomat telefon stansiyası, yeni nəsil rabitə və poçt avadanlıqları quraşdırılıb. Bu da abunəçilərə çoxfunksiyalı rabitə xidmətlərindən, o cümlədən telefon, videotelefon, İP televiziya, genişzolaqlı internetdən istifadəyə imkan verəcək.

Binada “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək rayon filialının fəaliyyəti də təmin edilib. Burada dövri mətbuatın satışı, teleqram, məktub, pul baratları və bağlamaların qəbulu və göndərişi, elektrik enerjisi, təbii qaz və sudan istifadə haqlarının yığılması, mobil cihazların qeydiyyatı və digər bank-maliyyə xidmətlərinin göstərilməsi üçün hərtərəfli şərait yaradılıb. Poçt əməliyyatlarının avtomatlaşdırılması göndərişlərin qısa zamanda və etibarlı çatdırılmasına imkan verəcək.

Binanın üçüncü mərtəbəsində tikintisi başa çatdırılan Sədərək-Ordubad alternativ fiber-optik kabel magistralının təqdimatı olub.

Ali Məclisin Sədri Babək rayon telekommunikasiya şəbəkəsini alternativ fiber-optik kabel magistralına birləşdirən sistemi işə salıb, muxtar respublikanın fiber-optik kabel şəbəkələrinin yerləşmə sxeminə və bununla bağlı hazırlanmış filmə baxıb.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov muxtar respublikada fiber-optik kabel şəbəkələrinin qurulması sahəsində görülən işlər barədə məlumat verib.

Bildirilib ki, tikintisinə 2005-ci ildən başlanılan fiber-optik kabel şəbəkəsi muxtar respublika ərazisinin 94 faizini əhatə edir. Hazırda muxtar respublikada istismar edilən fiber-optik kabel xətlərinin uzunluğu 1136 kilometrdən çoxdur. Bu da muxtar respublikanın həm daxili, həm də xarici telekommunikasiya əlaqələrinin kəsintisiz həyata keçirilməsinə imkan verir. Uzunluğu 242 kilometr olan Sədərək-Ordubad fiber-optik kabel magistralına ilkin olaraq Naxçıvan şəhəri və Babək rayonu qoşulub. Növbəti mərhələdə digər yaşayış məntəqələri də bu xəttə birləşdiriləcək və bununla da Naxçıvanın telekommunikasiya əlaqələrinin alternativliyi tam təmin olunacaq.

Fiber-optik kabel şəbəkəsi televiziya siqnallarının verici stansiyalara çatdırılmasına və rəqəmsal yayımın tətbiqinə də imkan verir. Artıq muxtar respublikada rəqəmsal yayıma keçid tamamilə başa çatdırılıb. Hazırda 6 güclü və 43 azgüclü verici vasitəsi ilə bütün yaşayış məntəqələrində televiziyanın rəqəmsal yayımı təşkil olunub. Bu ilin yanvar ayında isə muxtar respublika ərazisində 67 televiziya kanalının DVB-T2 standartında yayımına başlanılıb, Naxçıvan Dövlət Televiziyasının HD formatda yayımı təmin edilib.

Binada yaradılan şəraitlə tanışlıqdan sonra Ali Məclisin Sədri Babək Rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək rayon filialının kollektivi ilə görüşüb, yaradılan şəraitdən səmərəli istifadə olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

Binanın həyəti də abadlaşdırılıb, transformator yarımstansiyası və generator quraşdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib