“Babək” tankerinin təmiri uğurla başa çatıb
Bakı, 2 may, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Babək” gəmisi təmir olunub.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda, göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib.
Bununla yanaşı, gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.
Təmirçilər gəminin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək üçqat rənglənməsini də həyata keçiriblər.
Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən istismara qaytarılıb.
Məlumat üçün bildirək ki, uzunluğu 149, 9, eni 17,3 metr olan “Babək” gəmisinin yükgötürmə qabiliyyəti 13 min tondur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]