Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bağdadda ərəb dilində Azərbaycana həsr olunan iki kitabın təqdimatı keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi və “İraq-Azərbaycan Dostluq Cəmiyyəti”nin təşkilatçılığı ilə Bağdad şəhərində “Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” və “Qarabağ-hərbi və siyasi qələbə” adlı ərəb dilində çap olunan kitabların təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan səfir Nəsir Məmmədov ötən ilin aprel ayında Bağdad şəhərində “İraq-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri, professor Moataz M. Əbdülhəmidin müəllifi olduğu “Qarabağ münaqişəsinin tarixi” adlı kitabın təqdimatının keçirildiyini və bu kitabın davamı olan, yeni nəşr edilmiş “Qarabağ-hərbi və siyasi qələbə” adlı kitabın İkinci Qarabağ müharibəsi və sonrakı dövrü əhatə etdiyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verən N. Məmmədov, münaqişənin tarixi, Ulu Öndər Heydər Əliyevin Qarabağ probleminin həlli istiqamətində qurduğu strategiya və ordu quruculuğu sahəsində aparılan işlərdin danışıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Qələbə əldə edib.

“Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” kitabı barədə danışan səfir, nəşrdə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Vətən müharibəsinin bütün mərhələləri və qazanılmış şanlı Qələbənin müəlliflər tərəfindən ətraflı araşdırıldığını, həmçinin Birinci Qarabağ müharibəsi, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin həlli istiqamətindəki fəaliyyəti, Milli Ordu quruculuğu, Prezident İlham Əliyevin qələbə strategiyasının əsas istiqamətlərinin təhlil edildiyini diqqətə çatdırıb.

Daha sonra, “İraq-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri, professor Moataz M. Əbdülhəmid ermənilərin Azərbaycana qarşı ərazi iddialarının tarixi, 30 ilə yaxın qeyri-qanuni şəkildə nəzarət altında saxladığı ərazilərdəki qanunsuz fəaliyyəti, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi barədə geniş məlumat verib.

Əl-Müstənsiriyyə Universitetinin professoru Fatimə Səlumi bu kitabların tələbələrin elmi tədqiqat aparmasında mənbə kimi istifadə ediləcəyini, eyni zamanda, kitablardan universitetin kitabxanasına da verilməsinin vacibliyini bildirib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə edilmiş Qələbənin vacibliyi, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq-bərpa işləri, eləcə də, İraqda Azərbaycanın şanlı Qələbəsinin böyük sevinclə qarşılandığı barədə çıxışlar edilib.

Təqdimat mərasimində İraqın Baş nazirinin enerji məsələləri üzrə müşaviri Fəlah əl-Amiri, İraq Mədəniyyət Forumunun prezidenti Sadiq əl-Camal, Bağdad və Əl-Müstənsiriyyə Universitetlərinin professorları, yerli araşdırma mərkəzlərinin rəhbərləri və tədqiqatçılar, siyasətçilər, ziyalılar və media mənsubları iştirak ediblər.

Qeyd edək ki, “Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” kitabının Azərbaycan və türk dillərinə təqdimatı cari ilin iyununda Kərkük şəhərində keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan normallaşma prosesini ikitərəfli müstəvidə davam etdirməyə üstünlük verir – Ekspert rəyi

Göyçay sakinindən qanunsuz saxladığı odlu silah götürülüb

Möhkəm təməllərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri ŞƏRH

UNESCO-nın Baş Qərargahında Azərbaycan dilinin təqdimatı olub

“Braqa”nın futbolçusu: Sabahkı matçda 2:4 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq

“Braqa”nın baş məşqçisi: Çətin olsa da, durumu xeyrimizə dəyişməyə çalışacağıq

“Azərbaycanın istedadları” – AZƏRTAC-ın rubrikası

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən

“Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 98.31 faiz ilə rekord nəticə əldə edib

Güclü leysan yağışları Gürcüstanda torpaq sürüşməsi prosesini sürətləndirib

Ərəb Parlamentinin sədri: Azərbaycanda prezident seçkilərindəki seçici fəallığı digər ölkələrə nümunədir

Omanın Şura Məclisinin sədri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri barədə məlumatlandırılıb

Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb

Cənubi Koreyada istefa verən həkim-internaların sayı 8816-ya çatıb

Tacikistan Nümayəndələr Palatasının sədri Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini mühüm hadisə adlandırıb

Azərbaycan və Rusiya ekspertləri xalq diplomatiyasının rolunu müzakirə ediblər

Məhəbbət İmanov: Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı daha da möhkəmlənəcək

Azərbaycanın və İndoneziyanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətləri arasında görüş olub

Bakıda Yaponiya İmperatorunun doğum günü qeyd edilib

Azərbaycan Ədəbiyyat Fondu Ümumdünya Yazıçılar Təşkilatı ilə birgə tədbir keçirib

Gürcüstanın Baş naziri NATO-nun Baş katibi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Türkiyənin Vaşinqton üzrə yeni səfiri təyin edilib

Filippində avtomobilin dərəyə aşması 15 nəfərin ölümünə səbəb olub

İstanbulda 27-ci Avrasiya İqtisadi Zirvə toplantısı davam edir

Azərbaycan Özbəkistanda keçirilən Beynəlxalq Ana Dili Günü tədbirində təmsil olunub

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreynin Nümayəndələr Məclisinin sədri ilə görüşüb

Səfir: Yaponiya COP29-un keçirilməsi ilə bağlı Azərbaycana dəstəyini əsirgəməyəcək

Görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd edilib

MDB-nin Baş katibi Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb

AQC və ARPA əməkdaşlıq memorandumu imzalayıblar

Yaponiya parlamenti Nümayəndələr Palatasının üzvü, Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri Akira Amaridən

Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib

ADPU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

Yevlaxda keçirilən əmək yarmarkasında 116 vakansiya təqdim edilib

Azərbaycan ilə Tailand parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Daxildə emal xüsusi gömrük proseduru ilə bağlı görüş keçirilib

Azərbaycan dili dünyanın ən saf və zəngin dillərindən biridir

İndoneziyada helikopter qəzasında 3 nəfər ölüb

BDU: İmtahan qaydalarının pozulması halları ötən ilə nisbətən 43 faiz azalıb

BP-nin regional prezidenti Qəri Counz Baş nazir Əli Əsədovu təbrik edib

Tərtərdə qanvermə aksiyası keçirilib

Aprel ayında dahi şair Məhəmməd Füzuliyə həsr edilən beynəlxalq elmi konfrans keçiriləcək

Gürcüstanın azərbaycanlı icması Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıb

Türkiyə Superkuboku: “Qalatasaray”–“Fənərbağça” oyununun vaxtı açıqlanıb

Belçikalıların Kralı Filipdən

Ali Məhkəmədə Keniyanın Baş prokuroru ilə görüş keçirilib

İtaliya Respublikasının müdafiə naziri Quido Krosettodan

Xocalı soyqırımından... Xocalı Zəfərinə

“Azerbaijan Poultry Company” MMC xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərəcək

Adil Əliyev: Yaradılacaq birgə universitet Azərbaycan-Türkiyə münasibətlərinin növbəti simvoludur

Qazaxıstan istehsalı olan azot mineral gübrələri Avropaya Azərbaycanın Hövsan limanı vasitəsilə göndəriləcək

Azərbaycanla Türkiyə arasında baytarlıq sahəsində yeni əməkdaşlıq imkanları yaranacaq

Bakıda Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib YENİLƏNİB

Azərbaycan və Gürcüstanın enerji tənzimləmə qurumları arasında memorandum imzalanıb

® “Rabitəbank”da dollar əmanətiniz güvənli və qazanclı olacaq!

Monqolustanın Prezidenti Uxnaaqiyn Xurelsuxdan

XXVII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına

İtaliya portalı Azərbaycanın enerji və iqlim siyasətindən yazıb

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şəkidə vətəndaşların müraciətlərini dinləyib

Əqli Mülkiyyət Agentliyində Beynəlxalq Ana Dili Günü qeyd olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 26 fevral tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin ..Nümunəvi.Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin, strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Mixael Sepik: Azərbaycan Milli Antidopinq Agentliyi ilə əməkdaşlığın ilk mərhələsindəyik VİDEO

Ərdoğan: KAAN təyyarəsinin uğurla səmaya qalxması Türkiyə müdafiə sənayesinin qürur mənbəyidir

Azərbaycan və Moldova transsərhəd cinayətlərə dair qarşılıqlı məlumat mübadiləsi mexanizminin yaradılmasını müzakirə edib

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinin mart ayı üçün biletləri satışa çıxarılır

“Qarabağ”ın sabiq futbolçusu: Əsas məsələ sabahkı sınaqdan üzüağ çıxmaqdır

Məktəblilər “Ədibin Evi”ndə ana dili mövzusunda müzakirə aparıblar

Volodimir Zelenski Polşa ilə sərhəddəki vəziyyətlə bağlı göstərişlər verib

Azərbaycanın bitki sağlamlığına dair xarici ölkələrə bildirişləri ən çox kartof və portağalla bağlı olub – STATİSTİKA

Azərbaycan səfiri etimadnaməsini Surinam Prezidentinə təqdim edib

Britaniya COP-la bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Deputat: Prezidentin Sərəncamı tarixi ənənələrimizə, milli irsimizə göstərilən yüksək dövlət qayğısından xəbər verir

Faktiki hava: Bəzi regionlarda duman müşahidə olunur, görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

İtaliyanın bəzi şəhərlərində hava çirkliliyi artıb

Mərkəzi Elmi Kitabxana BSU-ya nəşrlər hədiyyə edib

Bakıda və regionlarda intensiv yağıntılar gözlənilir

EERA-nın prezidenti: Hər il keçirdiyimiz beynəlxalq konfransda azərbaycanlı tədqiqatçılar da iştirak edə bilərlər

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb

Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 sentyabr tarixli 1845 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hindistanda dini mərasimdə verilən yeməkdən 300 nəfər zəhərlənib

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Prezidentin Sərəncamı Ordubadın özünəməxsus adət-ənənələrinin yaşadılmasına, təbliğinə və turizmin inkişafına da mühüm təsir göstərəcək - ŞƏRH

N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Avropa Liqası: “Qarabağ” “Liverpul”u qabaqlayıb

Şimal-qərb bölgəsində 650 hektardan çox sahədə tütün əkiləcək FOTO

Sülh müqaviləsi manipulyasiya predmeti olmamalıdır

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

ABŞ Rusiyaya qarşı geniş sanksiyalar paketini açıqlayıb

Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Günü qeyd edilib

Ağdaşda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

AzMİU-da elektron kitabların sayı 10 minə çatdırılıb

İstanbul Beynəlxalq Hava Limanı bir ay ərzində 6 milyondan çox sərnişinə xidmət göstərib

AzERA-nın prezidenti: Azərbaycandan ilk dəfə bizim assosiasiya EERA-ya üzvlük hüququ qazanır

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Tovuzda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Şəmkirdə AQTİ-nin yeni Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası qurulub