BAĞDADDA YENİDƏN DÖYÜŞLƏR GEDİR
AZƏRTAC xəbər verir ki, Bi-Bi-Si-nin yaydığı məlumata görə, sentyabrın 7-də Bağdadın Sədr məhəlləsində ABŞ hərbçiləri ilə şiə imamı Müqtəda əs-Sədrin tərəfdarları arasında gedən şiddətli toqquşmalar nəticəsində 33 adam həlak olmuş, 193 nəfər yaralanmışdır. Sentyabrın 7-nə keçən gecə ABŞ hərbi hava qüvvələri Sədr məhəlləsinə zərbələr endirmiş və bundan sonra bütün şəhərdə atəş və partlayış səsləri eşidilmişdir.
ABŞ silahlı qüvvələri nümayəndələrinin məlumatına görə, bir neçə amerikalı əsgər yaralanmışdır. Bazar ertəsi Bağdad ətrafındakı yollarda törədilən partlayışlar zamanı üç amerikalı hərbi qulluqçu həlak olmuşdur.
Beləliklə, İraqda müharibə dövründə həlak olan ABŞ hərbçilərinin sayı 991 nəfərə çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]