BAĞDADIN MƏRKƏZİNDƏ İKİ İTALİYALI QADIN OĞURLANMIŞDIR
Şahidlərin dediyinə görə, Kalaşnikov avtomatları ilə silahlanmış naməlum şəxslər təşkilatın şəhərin mərkəzindəki binasına soxularaq əməkdaşları girov götürmüşlər.
İraqın silahlı qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməmişdir.
İtaliya XİN-in mətbuat xidmətində informasiyanı təsdiq etmişlər.
Oğurlanmış qadınların qaynar nöqtələrdə, o cümlədən İraqda və keçmiş Yuqoslaviyada böyük iş təcrübəsi vardı. Hazırkı fəaliyyətlərinə isə 2003-cü ildə, İraqda hərbi kampaniyanın əvvəlindən başlamışdılar və hümanitar təşkilatın Bağdadda təhsil məsələləri və kitabxanaçılıq işləri ilə məşğul idilər.
“Bağdada körpü” xeyriyyə təşkilatı 1991-ci ildə İran körfəzində müharibə başa çatdıqdan sonra müharibədən və iqtisadi sanksiyalardan əzab-əziyyət çəkmiş İraq xalqına yardım məqsədi ilə yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [22:38]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [21:58]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:52]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:36]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:33]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:26]