“Bakcell” abunəçiləri 2 gün pulsuz danışacaqlar
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti CIN abunəçilərinə pulsuz danışmaq imkanı qazandırır.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, pulsuz 2 gün kampaniyası çərçivəsində balansını bir dəfəyə minimum 5 AZN məbləğində və daha artıq artıran CIN abunəçiləri növbəti gündən etibarən iki gün ərzində (saat 00:00-dan 18:00-dək) şəbəkədaxili pulsuz danışa biləcəklər. İkigünlük pulsuz danışıq müddəti ayda bir dəfə təqdim olunur.
“Bakcell” abunəçiləri nömrələrinin balansını vahid ödəmə kartları ilə yanaşı, onlayn ödəmə, ATM, E Top-up xidməti, ödəmə köşkləri, bank filialları kimi alternativ ödəmə üsulları vasitəsilə artıra bilərlər.
Kampaniya haqqında əlavə məlumat almaq üçün 5070 nömrəsinə boş SMS (pulsuz) yollayın və yaxud bu linkdən istifadə edin: http://www.bakcell.com/az/2-days-for-free
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]