“Bakı-2017” Mərakeş həndbolçuları İordaniya yığmasına qalib gəliblər
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da IV İslam Həmrəyliyi Oyunlarının kişilər arasında həndbol yarışının “B” qrupu çərçivəsində ikinci görüşdə İordaniya və Mərakeş yığmaları qarşılaşıblar.
AZƏRTAC xəbər verir ki, Mərakeş milli komandası ilk hissəni 15:6 hesablı üstünlüklə bitirib. İordaniya həndbolçularının inadlı müqavimətinə baxmayaraq, Mərakeş yığması ikinci hissədə də qələbə qazanıb - 12:10. Bununla da Mərakeş həndbolçuları ümumi hesabda 27:16 hesabı ilə qalib gəliblər.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyunu azərbaycanlı hakimlər briqadası idarə edib.