İDMAN
“Bakı-2017”: Türkiyə millisi Əlcəzair yığması ilə qarşılaşır
Bakı, 8 may, Nəriman Həsənzadə, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin “B” qrup çərçivəsində Türkiyə millisi Əlcəzair yığması ilə qarşılaşır.
Bayıl Arenada təşkil olunan görüşdə Türkiyə millisinin start heyətində Mehmet Zeki Çelik, Özkan Taştemur, Bahadır Öztürk, Melih Okutan, Taylan Antalyalı, Ahmethan Köse, Muhammed Demirci, Muhammed Şengezer, Can Hakki Aksu və Alican Özfesli yer alıblar.
Əlcəzair millisinin isə ilk on birliyində meydana Şamseddine Rahmani, Abdelxani Bouzidi, Mohamed Naoufel Xacef, Ahmed Gagaa, Yousif Douar, Abderrahim Hamra, M'Hammed Merouani, Zakaria Naidji, İsmail Səadi, Yosif Becou və Tayeb Zeziani çıxıblar.
Görüşü azərbaycanlı hakimlər briqadası idarə edir.