Bakı Ali Neft Məktəbinin məzunları iş tapmaqda liderdir
Bakı, 27 may, AZƏRTAC
Məzunların məşğuliyyəti haqqında geniş məlumatı özündə əks etdirən “Məzunlarımız haradadır?” adlı jurnalın nəşri Bakı Ali Neft Məktəbində (BANM) ənənəyə çevrilib. Eyniadlı jurnalın 2018-ci il məzunlarına həsr olunmuş 2-ci buraxılışı ictimaiyyətə təqdim edilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, keçən il ali məktəbdən neft-qaz mühəndisliyi ixtisası üzrə 35, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə 16 və kimya mühəndisliyi ixtisası üzrə 41 nəfər olmaqla cəmi 92 məzun olub.
Dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirən Ali Neft Məktəbinin məzunları enerji sektorunda fəaliyyət göstərən şirkətlərə işə düzəlməkdə çətinlik çəkmirlər. BANM-də təhsil alan tələbələr hər il tədris proqramlarının bir hissəsi kimi həmin şirkətlərin əksəriyyətində istehsalat təcrübə proqramları keçirlər ki, bu da məzun olmalarına qədər həm şirkətlərin onları, həm də tələbələrin şirkətləri yaxından tanımasına real imkan yaradır.
Bundan başqa, enerji sektorunun nüfuzlu şirkətləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri quran BANM-də həmin şirkətlərin rəhbər şəxsləri, menecerləri tədris müddətində tələbələrə mütəmadi olaraq master-klass, təlim və seminarlar keçir. Bu da tələbələrin həmin şirkətlərin fəaliyyətinə maraq göstərməsinə, gələcəkdə özlərini onların əməkdaşı kimi görməsinə imkan yaradır.
Prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” fikrini əldə rəhbər tutaraq fəaliyyət göstərən ali məktəbin məzunlarının əksəriyyəti artıq aparıcı şirkət və müəssisələrdə işləməyə başlayıb. Məzunlar arasında ixtisasları üzrə işləyən və eyni zamanda təhsilini davam etdirənlər var.
Mühəndislik ixtisasları üzrə beynəlxalq səviyyədə qəbul edilən BANM-in məzunlarının çalışdığı müəssisələr üzrə statistika aşağıdakı kimidir:
|
Şirkət/Təşkilat |
Ümumi say |
|
SOCAR |
28 |
|
Bakı Ali Neft Məktəbi |
6 |
|
BP |
6 |
|
Petkim(Türkiyə ) |
4 |
|
Schlumberger |
3 |
|
Maire Tecnimont |
3 |
|
Gilan Holding |
3 |
|
Saipem |
3 |
|
Baker& Hughes a GE Company |
2 |
|
PAŞA Bank |
2 |
|
SOCAR Polymer |
2 |
|
SOCAR KBR |
2 |
|
Ümid Babək Əməliyyat Şirkəti |
1 |
|
SOCAR Dalğıc |
1 |
|
SOCAR AQS |
1 |
|
Emerson |
1 |
|
SOCAR Foster Wheeller |
1 |
|
WorleyParsons |
1 |
|
USE Study Group |
1 |
|
CƏMİ |
71 nəfər |
Təhsilini davam etdirməyi qərara almış məzunlar öz təhsillərini Azərbaycanın, eləcə də dünyanın nüfuzlu universitetlərində magistratura pilləsində davam etdirir. Onların ali məktəblər və ölkələr üzrə statistikasını aşağıdakı cədvəldə təqdim edirik:
|
Universitet |
Ölkə |
Say |
|
Bakı Ali Neft Məktəbi |
Azərbaycan |
15 nəfər |
|
Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti |
Macarıstan |
4 nəfər |
|
Luiziana Universiteti |
ABŞ |
2 nəfər |
|
Norveç Elm və Texnologiya Universiteti |
Norveç |
2 nəfər |
|
Milan Politexnik Universiteti |
İtaliya |
2 nəfər |
|
Pusan Dövlət Universiteti |
Cənubi Koreya |
1 nəfər |
|
Münxen Texniki Universiteti |
Almaniya |
1 nəfər |
|
Otto von Guericke Magdeburg Universiteti |
Almaniya |
1 nəfər |
|
Dortmund Texniki Universiteti |
Almaniya |
1 nəfər |
|
Ondokuz Mayıs Universiteti |
Türkiyə |
1 nəfər |
|
CƏMİ |
|
30 nəfər |