BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4592 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə 2 milyon 590 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,17 bənd düşərək, 4592,17 manat olmuşdur.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 20 milyon 107 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4592,99 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 22 milyon 697 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 104 milyard 245 milyondur. Bir əqdə orta hesabla 2 837 125 dollar düşmüşdür.
USD/AZM T+1, T+2 və SWAP-USD/AZM alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar kreditlərin cəlb edilməsi və yerləşdirilməsinə dair ümumən 17,770 milyard manat məbləğində sifarişlər vermişlər.
Oktyabrın 20-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.