BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9148 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 18 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 0,0002 bənd qalxaraq, 0,9146 manat təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə əqd qeydə alınmamış və sessiyanın yekunlarına görə manatın dollara nisbətdə məzənnəsi dəyişməmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 18 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 16 463 AZN təşkil edir. Bir əqdə orta hesabla 9 000 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP-USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUR/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,80 faiz, ABŞ dolları üzrə isə 14,37 faiz təşkil etmişdir.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 12 faizlə 327 000 USD üç əqd və illik 8 və 10 faizlə hərəsi 183 000 AZN və 300 000 AZN məbləğində iki əqd qeydə alınmışdır. Əqdlərin borcalma müddəti müvafiq surətdə 33, 29 və 33 gündür.