BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,9078 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə 336 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi dəyişməmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 3 milyon 700 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,9076 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 4 milyon 36 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 3 663 141 AZN təşkil edir. Bir əqdə orta hesabla 672 667 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
AUR/AZN T+1 aləti üzrə 5 min avro məbləğində bir əqd qeydə alınmışdır. Avronun məzənnəsi 1,1000 AZN olmuşdur.
Banklar AUR/AZN T+0 və RUB/AZN T+0 və T+1 alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,91 faiz, ABŞ dolları üzrə isə 14,67 faiz təşkil etmişdir.
Aprelin 11-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.