Bakı hava limanında parkinq xidmətindən istifadə edən ziyarətçi sayı açıqlanıb
Bakı, 6 mart, AZƏRTAC
Bu ilin ilk 2 ayında Heydər Əliyev Beynəlxalq Aeroportunda 575 minə yaxın ziyarətçi parkinq xidmətindən istifadə edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, istifadəçilərin 94,2 faizi avtomobillərini qısamüddətli - 2 saata qədər park edib, onların 46 faizi gəliş-gediş prosesini sürətləndirmək məqsədilə 15 dəqiqəlik rahat giriş/çıxış imkanından istifadə edib.
Ümumi istifadəçilərin yalnız 0,39 faizi uzunmüddətli - 12 saatdan çox parkinqi seçib ki, bu da sürücülərin əksəriyyətinin qısamüddətli parklanmaya üstünlük verdiyini nümayiş etdirir.
Bunu nəzərə alaraq, Bakı aeroportuna daxil olarkən ilk 15 dəqiqə üçün parklanma ödənişi tələb olunmur. Bununla yanaşı, rahatlığı və səmərəliliyi təmin edən xüsusi düşürtmə/götürmə (drop off/pick up) zolaqları ziyarətçilərin ixtiyarındadır.
Xatırladaq ki, Bakı hava limanında parkinq haqqının ödənilməsi prosesinin sadələşdirilməsi məqsədilə yeni rahat üsullar tətbiq edilib. Sürücülər parklanma haqqını “AzParking”, “TezÖdə” və “Birbank” mobil tətbiqləri vasitəsilə onlayn ödəyə, həmçinin hava limanında terminallar vasitəsilə nağd və ya nağdsız ödənişdən istifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]