“Bakı” həndbol komandası ölkə çempionatına inamlı qələbə ilə başlayıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəyə start verilib.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, ilk turda keçirilən “Təhsil”-“Məhsul” görüşü daha maraqlı alınıb. Gözlənildiyi kimi gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Məhsul” komandasının imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. “Təhsil” rəqibə ciddi müqavimət göstərməsinə baxmayaraq, məğlubiyyətlə barışmalı olub - 25:28.
Günün digər oyununda isə ölkə çempionu “Bakı” gözlənildiyi kimi “U-16” komandası üzərində inamlı qələbə qazanıb. Yeniyetmə həndbolçular daha təcrübəli rəqibə 14:54 hesabı ilə uduzublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]