Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Heyvanat Parkının yeni sakini

Bakı, 29 noyabr, G.Mahmudlu, AZƏRTAC

Noyabrın 27-də Bakı Heyvanat Parkının yeni sakini dünyaya gəlib. Zooparkın ən gənc sakini iki gün əvvəl doğulmuş makaka rezusdur. Bundan başqa Sultan toyuğu, Avstriya keçisi, Kamerun keçisi, uzunquyruq meymunlar arasında yeni dünyaya gələnlər var. Zooparkın “qoca” sakinlərinə isə 16-18 yaşlı qonur ayı, dəvə və aslanları misal göstərmək olar.

Bu barədə zooparkın zooloji şöbəsinin müdiri Pərvanə Səfərova AZƏRTAC-a məxsusi müsahibəsində məlumat verib.

Zooparkın tarixindən danışan şöbə müdiri bildirib ki, əsası 1928-ci ildə qoyulan Bakı Heyvanat Parkı əvvəlcə keçmiş Lunaçarski, indiki Nizami parkında guşə kimi fəaliyyət göstərib. Daha sonra fəaliyyətini Bayıl ərazisində davam etdirsə də, torpaq sürüşməsi ilə əlaqədar oradan köçürülüb. Zooparkın ərazisi 1982-ci ilə qədər 2 hektar təşkil edib. Yeni əsrin əvvəllərində heyvanat parkının ərazisi artırılaraq 4,25 hektara çatdırılıb.

Hazırda Bakı Heyvanat Parkında 159 növdə 1400-dən artıq heyvan saxlanılır. Parkda ölkəmizin ərazisində rast gəlinməsə də, adları “Qırmızı Kitab”a düşən heyvanlar da var. Bura üz tutan hər kəsin pələng, yaquar, leopard, Afrika aslanları, ilan, Dağıstan turu kimi heyvanları yaxından görmək imkanı var.

Heyvanat Parkında ornitologiya (quşlar), teriologiya (məməlilər), akvaterrarium və zooloji şöbələr fəaliyyət göstərir. Şöbələrin işçiləri heyvanların vaxtlı-vaxtında qidalanmasına nəzarət edir, baytarlar fauna nümayəndələrinin sağlamlığına cavabdehlik daşıyırlar.

Şöbə müdiri daha sonra digər ölkələrin zooparkları ilə bağlanan mübadilə müqavilələri haqqında məlumat verib: “Zooparkın Rusiya, Ukrayna, Moldova, Gürcüstan və Özbəkistanın heyvanat parkları ilə mübadilə müqaviləsi var. Sentyabrda Daşkənd Heyvanat Parkından zooparka 1 baş yallı qoyun, lama, quzğun, yapalaq və qutan gətirilib. Bakı Heyvanat Parkından isə qonur ayı, fısıldayan qu, tirandaz, Sultan toyuqları göndərilib. Oktyabrda Moskva Zooparkından qulaqlı göy qırqovul, xalçavarı piton, mandarin ördəyi və Dağıstan turu gətirilib. Aparılan mübadilə prosesinin məqsədi tək olan heyvanların cütləşdirilməsi, sayı az olanların çoxaldılmasıdır. Parka bəzən adi vətəndaşlar da heyvanlar hədiyyə edirlər.

Hazırda zooparkın ərazisində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təmir işləri aparılır, heyvanat parkının ərazisinin artırılması planlaşdırılır. Yenidənqurma və bərpa işləri yekunlaşandan sonra heyvanlar geniş ərazilərdə məskunlaşacaq və yeni fauna nümayəndələri gətiriləcək”.

Parkın ziyarətçiləri barədə danışan şöbə müdiri onların əsasən isti aylar və tətillərdə sayının çox olduğunu vurğulayıb. “Zooparkın ziyarətçiləri arasında hər yaşdan olan sakinlər var, lakin əsas üstünlüyü uşaqlar təşkil edir. Digər ölkələrdən gələn turistlər də çox olur. Ziyarətçilər üçün heyvanları yedizdirmək, qoyulan səddi keçmək, onları qıcıqlandırmaq, əsəbiləşdirmək, qəfəslərə toxunmaq qəti qadağandır. Lakin dovşan, keçi kimi ev heyvanlarına meyvə-tərəvəzləri əllə yedizdirmək üçün guşə də təşkil edilib.

Hər bir heyvanın öz qida rasionu var və onu pozmaq həmin heyvanın həyatı üçün təhlükəlidir. Təəssüf ki, bəzi ziyarətçilər fauna nümayəndələrinə yem verərkən qidanı sellofanlarla birgə onların qarşısına atırlar. Bu, onların sağlamlığına ziyan vurur, bəzi hallarda isə tələf olması ilə nəticələnir. Onların ölüm səbəblərinin araşdırılması zamanı mədələrindən kiloqramlarla preslənmiş sellofan çıxarılıb. Buna görə də yalnız ayrılmış guşədə ev heyvanlarını qidalandırmağa icazə verilir”,- deyə söyləyib.

Onun verdiyi məlumata görə, buradakı heyvanların bəzilərindən alınan balaların sayı artırılanda onu vəhşi təbiətə buraxırlar. Həmin heyvanlara oxatan kirpi, canavar və ayını misal göstərmək olar.

Zooparkdakı heyvanların mühafizəsi üçün könüllü yardım əli uzadanlar, əməkdaşlıq edənlər də var. Bu sahədə lisey və orta məktəb şagirdləri daha çox fəallıq göstərirlər. Təhsil ocaqlarından birinin maliyyə yardımı ilə quşların saxlanıldığı ərazi təmir olunub. Heyvanat parkının ərazisində elmi-tədqiqat işləri aparılır, tələbələrdən diplom işi yazmaq üçün müraciət edənlər də var.

Şöbə müdiri onu da qeyd edib ki, Bakı Heyvanat Parkı hər il əlil və xəstə uşaqların zooparkı ziyarət etmələri, canlı aləmin nümayəndələri ilə yaxından tanış olmaları üçün onların bura təmənnasız daxil olmasına şərait yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək