CƏMİYYƏT
Bakı metrosunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb






Bakı, 20 yanvar, AZƏRTAC
Qanlı 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi “Bakı Metropoliteni” QSC-də bir dəqiqlik sükutla anılıb.
AZƏRTAC xəbər verir ki, saat 12:00-da xətlərdə bütün qatarlar tunellərdən stansiyalara çıxarılıb və sərnişinlərə sükut dəqiqəsini stansiyaların işçi və polis heyəti ilə birgə qeyd etməsi üçün şərait yaradılıb.
Qatarlardan bir dəqiqə ərzində fit verilib.