Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı müxtəlif nəqliyyat növlərinin qovuşduğu logistika “körpüsü” rolunda çıxış edir – Ekspert

Bakı müxtəlif nəqliyyat növlərinin qovuşduğu logistika “körpüsü” rolunda çıxış edir –  Ekspert

Bakı, 10 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Sürətlə dəyişən geosiyasi və iqtisadi reallıqlar fonunda dayanıqlı logistika zəncirləri qlobal sabitliyin əsas amillərindən birinə çevrilir. Qara dəniz və Xəzər dənizi regionu, o cümlədən Azərbaycan tranzit və logistika mərkəzi kimi getdikcə daha böyük əhəmiyyət qazanır. Bu proseslərin mühüm hərəkətverici qüvvələrindən biri sənaye üzrə əsas oyunçuları bir araya gətirən və bizneslə dövlət arasında praktik dialoqu təşviq edən beynəlxalq peşəkar platformalardır.

Logistika sahəsindəki çağırışlar, imkanlar və prioritetlər, Bakının beynəlxalq marşrutlardakı rolu, eləcə də Azərbaycanda forumların təşkili planları barədə AZƏRTAC-ın müxbiri nəqliyyat və logistika üzrə ekspert, “RDL Group” şirkətinin təsisçisi və baş direktoru Roman Dedkov ilə söhbət edib.

RDL Group – Tbilisidən və Almatıdan tutmuş İstanbula və Duysburqa qədər Avrasiyanın strateji əhəmiyyətli nöqtələrində logistika forumları təşkil edən şirkətdir. Şirkət Azərbaycan istiqamətinə xüsusi diqqət ayıraraq Orta Dəhlizin inkişafına, sahənin rəqəmsallaşdırılmasına və multimodal marşrutların inteqrasiyasına töhfə verməyə çalışır.

– Sizi “RDL Group”un yaradılmasına nə ilhamlandırdı və niyə diqqəti logistika və beynəlxalq forumların təşkili üzərində cəmlədiniz?

– “RDL Group”un yaradılması tədbirlərin təşkili sahəsindəki şəxsi təcrübəmin nəticəsidir. İnsanları və şirkətləri birləşdirmək ideyası məni həmişə ruhlandırıb. Hər bir marşrutun, limanın və ya dəmir yolunun arxasında təcrübə və bilik mübadiləsinə ehtiyac duyan mütəxəssislər dayanır. Mən elə bir mühit yaratmaq istədim ki, bu işlə məşğul olan insanlar özlərini vahid “logistika ailəsinin” üzvü kimi hiss etsinlər.

Logistikada əməkdaşlıq həlledici rol oynayır və bəzən bir görüş bütöv bir marşrutun gələcəyini dəyişə bilər. Bu gün qlobal logistika xəritəsi sürətlə transformasiya olunur. Qara dəniz və Xəzər dənizi regionu, o cümlədən Azərbaycan bu dəyişikliklərin mərkəzində dayanır.

Başa düşürdüm ki, yeni dialoq və qarşılıqlı fəaliyyət formatlarına ehtiyac var. Biz beynəlxalq forumları texniki ekskursiyalarla birləşdirmək qərarına gəldik, çünki məhz bu format özünü ən səmərəli göstərdi. Bu, yalnız nəzəri məsələləri müzakirə etməyə deyil, həm də aparıcı şirkətlərin fəaliyyətini yerində nümayiş etdirməyə imkan verir.

Bu ildən etibarən forumlara əvvəlcədən planlaşdırılmış B2B görüşləri də əlavə etdik. Bu, iştirakçılar arasında qarşılıqlı əlaqəni daha məqsədyönlü və məhsuldar edir, konkret məsələlərin həllinə, real müqavilələrin bağlanmasına şərait yaradır.

– Xüsusən Azərbaycan kimi MDB ölkələrində dayanıqlı logistika ekosisteminin qurulmasında hansı üç prinsipi həlledici görürsünüz?

– Mən bu üç əsas prinsipi qeyd edərdim:

İnteqrasiya. Bu, vahid logistika arxitekturasının yaradılması deməkdir ki, burada multimodallıq əlavə seçim deyil, əsas baza elementinə çevrilir. Bu, xüsusilə Orta Dəhlizin inkişafı kontekstində aktualdır, çünki burada dəmir yolu, dəniz və avtomobil marşrutlarının fasiləsiz əlaqələndirilməsi həyati əhəmiyyət daşıyır. İnfrastrukturunu daim təkmilləşdirən Bakı Limanı artıq bu cür inteqrasiya olunmuş qovşağın parlaq nümunəsidir.

Şəffaflıq. Hər bir logistika sistemində etimadın əsasını təşkil edir. Beynəlxalq investorların və iri yükdaşıyıcıların cəlb olunması üçün vahid qaydalar, standartlaşdırılmış prosedurlar və aydın, anlaşılan sənəd dövriyyəsi zəruridir. Bunlar olmadan dayanıqlı və uzunmüddətli tərəfdaşlıqlar qurmaq mümkün deyil. Şəffaflıq həmçinin rəqəmsal həlləri də əhatə edir. Belə ki, yükün tədarük zəncirinin hər mərhələsində izlənməsi riskləri azaldır və səmərəliliyi xeyli artırır.

Elastiklik. Sürətlə dəyişən geosiyasi şəraitdə çevik şəkildə uyğunlaşmaq, alternativ marşrutlar və həllər təklif etmək artıq rəqabət üstünlüyü deyil, zərurətdir. Azərbaycan bu baxımdan parlaq nümunədir, ölkə qlobal çağırışlara operativ reaksiya verir, sabit və etibarlı logistika alternativləri təqdim edir.

Məhz bu üç prinsipin – inteqrasiyanın, şəffaflığın və elastikliyin vəhdəti Azərbaycana və region ölkələrinə öz mövqelərini möhkəmləndirməyə və qlobal logistika zəncirinin etibarlı iştirakçıları kimi yeni mərhələyə yüksəlməyə imkan verəcək.

– Azərbaycanın beynəlxalq logistika zəncirlərində, xüsusən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində rolunu necə qiymətləndirirsiniz?

– Son beş ildə Trans-Xəzər marşrutu üzrə yükdaşıma həcmi altı dəfə artaraq 2020-ci ildəki 0,8 milyon tondan 2024-cü ildə 3,3 milyon tona çatıb. Eyni dövrdə konteyner daşımaları da təxminən üç dəfə artaraq 21 min DFE-dən 56,5 min DFE-yə yüksəlib. Bu göstəricilər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyasının məlumatlarına əsaslanır.

Bu heyrətamiz rəqəmlər marşruta etimadın artdığını və onun etibarlı, dayanıqlı alternativ kimi qəbul olunduğunu açıq şəkildə göstərir. Bu isə düşünülmüş və ardıcıl inkişaf strategiyasının nəticəsidir.

Azərbaycanın TBNM-in inkişafındakı rolunu yüksək qiymətləndirməmək mümkün deyil. Bu gün ölkə Orta Dəhlizin arxitekturasında əsas mövqe tutur, Xəzər dənizini, Mərkəzi Asiyanı və Avropanı birləşdirir. Azərbaycan olmadan TBNM-in fəaliyyəti mümkün deyil. Belə ki, Bakı logistika körpüsü kimi çıxış edir, müxtəlif nəqliyyat növlərinin qovuşduğu mərkəz rolunu oynayaraq marşrutların fasiləsiz əlaqəsini təmin edir.

Bundan başqa, Azərbaycan təkcə infrastruktur təqdim etmir, həm də onu aktiv şəkildə inkişaf etdirir və eyni zamanda marşruta beynəlxalq səviyyədə diplomatik dəstək göstərir. Bütün bunlar ölkəni yeni qlobal tədarük zəncirlərində etibarlı və strateji baxımdan mühüm həlqəyə çevirir.

Əminəm ki, ardıcıl siyasət, logistika sahəsinə yatırımlar və sabit geosiyasi kurs sayəsində Azərbaycan tranzit ölkədən tamhüquqlu regional logistika mərkəzinə çevrilmək üçün bütün imkanlara malikdir.

– Azərbaycanın coğrafi mövqeyi və son illərdə həyata keçirilən infrastruktur yatırımları ölkəyə hansı üstünlükləri verir? Bakı Beynəlxalq Dəniz Ticarət Limanının multimodal daşımalar qovşağı kimi əhəmiyyəti nə dərəcədədir və siz onun gələcək inkişaf perspektivlərini necə görürsünüz?

– Azərbaycanın coğrafi mövqeyi doğrudan da unikal xarakter daşıyır. Ölkə Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşir ki, bu da genişmiqyaslı beynəlxalq logistika marşrutlarının formalaşması üçün nadir imkanlar yaradır.

Bakı Limanına və dəmir yolu xətlərinə yatırımlar Azərbaycanın regionun əsas logistika mərkəzi kimi strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı təkcə “Xəzər dənizinə açılan qapı” deyil, həm də Avropa, Mərkəzi Asiya və Çin arasında əlaqə yaradan, multimodal daşımaların müasir mərkəzi kimi çıxış edir. Onun rolu yaxın illərdə daha da möhkəmlənəcək. Burada illik 2,5 milyon ton gücündə yeni gübrə terminalının tikintisi, habelə Qazaxıstan və Çinlə birgə 40 hektarlıq intermodal yük terminalının yaradılması nəzərdə tutulur.

Bakı limanından əlavə, Azərbaycanın digər liman obyektlərini – Bakı-Hövsan Beynəlxalq Ticarət Limanını və Zirə limanını da qeyd etmək istərdim. Bu limanlar da fəal şəkildə inkişaf etdirilir, ölkənin logistika potensialının genişlənməsinə, tranzit cəlbediciliyinin artmasına və qlobal ticarət-nəqliyyat dəhlizlərinə inteqrasiyasına mühüm töhfə verir.

– “RDL Group“un Azərbaycanda forum və ya sərgilər keçirmə planları varmı? Əgər varsa, diqqət hansı mövzulara yönələcək?

– Bəli, biz bu istiqaməti Azərbaycanda fəal şəkildə inkişaf etdiririk. Əsas layihəmiz olan “Black & Caspian Freight Forum” Bakıda keçirilir. Logistika, dəmir yolu, liman və multimodal daşımalar sahəsinin liderlərini bir araya gətirir.

Forumda əsas diqqət Orta Dəhlizin inkişafı, intermodal daşımalar, liman və terminalların səmərəli fəaliyyəti, onların logistika şirkətləri ilə qarşılıqlı əlaqəsi, tədarük zəncirlərinin idarə olunması və dayanıqlı inkişaf məsələlərinə yönəldilir.

Bundan əlavə biz proseslərin səmərəliliyini və şəffaflığını artırmağa yönəlmiş rəqəmsal həllərə xüsusi diqqət yetiririk.

Gələn il bu forumun Bakıda sentyabr ayında keçirilməsi planlaşdırılır və biz bu tədbiri sahənin inkişafı üçün konstruktiv dialoq platformasına çevirməyi davam etdirəcəyik.

– Azərbaycandakı hansı dövlət və ya özəl qurumlarla artıq əməkdaşlıq edirsiniz və ya əməkdaşlıq qurmaq istərdiniz? “RDL Group”un Tbilisi, İstanbul, Duysburq, Almatı və ya Konstansada keçirilən beynəlxalq forumlarına Azərbaycan biznesinin marağı varmı?

– Biz artıq Azərbaycanın aparıcı logistika və nəqliyyat şirkətləri ilə fəal əməkdaşlıq edirik və onların beynəlxalq forumlarımıza göstərdiyi yüksək marağı çox qiymətləndiririk.

Bundan başqa, Tbilisi, İstanbul və Almatıda keçirilən tədbirlərimizdə Azərbaycan nümayəndə heyətlərini mütəmadi görürük, onların Duysburq və Konstansa kimi Avropa forumlarında iştirakını da genişləndirməyi planlaşdırırıq.

Bakıda keçirilən forumlarımızda ənənəvi olaraq dövlət qurumlarının nümayəndələri iştirak edir. Biz bu dialoqu daha da genişləndirməyə və Nəqliyyat Nazirliyinin nümayəndələrini də tədbirlərimizə dəvət etməyə çalışırıq. Əminik ki, onların yaxın illər üçün bu sahənin strateji inkişafına dair baxışları bütün iştirakçılar üçün son dərəcə dəyərli olacaq və dövlət səviyyəsində əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

– Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycan üçün bu gün hansı rəqəmsal alətlər və platformalar daha aktualdır? “RDL Group”un öz tədbirləri və ya tərəfdaşlıqları vasitəsilə Azərbaycanın logistika sektorunda rəqəmsal həlləri təşviq edəcəyini gözləyə bilərikmi?

– Bu gün əsas rəqəmsal alətlərə yüklərin onlayn izlənməsi platformaları, elektron sənəd dövriyyəsi sistemləri, eləcə də terminal və liman əməliyyatlarının avtomatlaşdırılması sistemləri daxildir.

Biz müşahidə edirik ki, Azərbaycanda, xüsusilə də Bakı Limanında və dəmir yollarında bu cür həllər artıq fəal tətbiq olunur. Biz öz tədbirlərimiz vasitəsilə bu prosesi dəstəkləməkdə davam edəcəyik.

Forumlarımızda rəqəmsallaşmaya həsr olunmuş ayrıca sessiyalar keçirilir, burada IT şirkətləri və startaplar operatorlarla və dövlət strukturlarının nümayəndələri ilə birbaşa ünsiyyət quraraq hazır həllərini təqdim etmək imkanı əldə edirlər.

Bundan əlavə, biz öz fəaliyyətimizdə də IT həllərindən fəal istifadə edirik. Məsələn, B2B görüşlərin əvvəlcədən onlayn rezervasiyası platforması işgüzar əlaqələrin qurulmasının səmərəliliyini xeyli artırır.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

Əfv olunan şəxs: Ailəmin azadlığa buraxılmağımdan xəbəri yoxdur

Oman Sultanlığının nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib

® “MyShops”dan “Nothing” smartfonu al, “Azercell”dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!

Doktorant və gənc tədqiqatçıların 29-cu konfransı Naxçıvanda olacaq

Qafqaz Albaniyasının maddi-mədəni irsinə qarşı erməni vandalizmi - elmi sessiya

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat və Dendrologiya Bağı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi yolu ilə yenidən təşkili haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Lənkərandakı cəzaçəkmə müəssisəsindən 2 nəfər azadlığa buraxılıb, onlardan 1-i Fransa vətəndaşıdır

“Reuters”: Səudiyyə Ərəbistanı Şərq-Qərb xam neft boru kəmərini yenidən işə salmağa başlayıb

Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb

“Şəfa” Qəbələdə toplanış keçəcək

Kral Salman: Dünya müsəlmanları husilərin Məkkəni hədəf almaq cəhdini pisləyir

İstanbulun minillik şahidi – Dikilitaş

Xammaldan yüksək dəyərli məhsula: Azərbaycanın iqtisadi gələcəyinə yeni baxış - ŞƏRH

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

Duzlaşmaya məruz qalmış aqrosenozların münbitliyinin yaxşılaşdırılması ilə bağlı layihə qrant qalibi olub

Elman Cəfərli: Təbii sərvətlərə vurulan zərər sistemli şəkildə sənədləşdirilməlidir

Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunda yeni artım mənbələrinin yaradacaq ŞƏRH

Əfv sərəncamı Naxçıvanda icra olundu - iki Türkiyə vətəndaşı azadlığa buraxıldı

Dörd universitet mühəndislik təhsili üzrə əməkdaşlıq edəcək

Əfv sərəncamı 2 və 17 saylı cəzaçəkmə müəssisələrində 4 nəfərə şamil olunub

Bakı Təhlükəsizlik Forumu Azərbaycanın beynəlxalq təhlükəsizlik diplomatiyasındakı rolunu gücləndirir - ŞƏRH

Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib

ADPU əməkdaşları üçün strateji kommunikasiya mövzusunda təlim təşkil olunub

Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib

MİDA 13 qeyri-yaşayış obyekti və onlara aid zirzəmi sahələrini satışa çıxarır

Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib

“İnnovativ məktəb” layihəsi çərçivəsində 43 müəllim təlimə cəlb olunub

Təhlükəsizlik Forumu: Prezident İlham Əliyevin təşəbbüsləri qlobal təhdidlərin qarşısının alınmasına yönəlib

Əfv sərəncamının icrasına başlanılıb

Kəngərlidə avtomobil aşıb: ər-arvad xəsarət aldı, körpələri həyatını itirdi VİDEO

Kəngərlidə avtomobil aşıb: ər-arvad xəsarət aldı, körpələri həyatını itirdi VİDEO

Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır

Folklor İnstitutunun əməkdaşı Özbəkistanda keçirilən konfransda məruzə edib

Yaşlılarda əzələ zəifliyinin yeni səbəbi aşkarlanıb

Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib

“Çinin düyü mədəniyyəti” - seminar

Meksikalı pilot: Bakıdakı yarış üçün ümidliyəm

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır

Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” müzakirə olunub

Azərbaycan startapı Özbəkistan və Türkiyə bazarlarında işə başlamağı planlaşdırır

Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik

Oskar Piastri: Ümid edirəm ki, bu dəfə Bakıdakı yarış bizim üçün daha yaxşı keçər

İki tarix arasındakı reallıq: müharibədən sülh gündəliyinə gedən yol ŞƏRH

Ekspert: Süni intellekt təhsildə müəllim və şagirdlərin imkanlarını genişləndirə bilər

Ev şəraitində konservləşdirilən qidalar nə qədər təhlükəsizdir və bu zaman nələr nəzərə alınmalıdır?

Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur

Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram

“Valensiya”nın yeni baş məşqçisi məlum olub

Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub

“Red Bull”un pilotu: Bakıda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik

“Qazıməmməd Qazax” magistral qaz kəmərinin 69 kilometrlik hissəsi təmir ediləcək

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib

Buxarestdə Şərqi Avropanın qlobal ticarət marşrutlarındakı rolu müzakirə olunur

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9 faiz artıb

"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib VİDEO

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib VİDEO

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb