Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun paytaxt Bakı istiqamətində olan 51-61-ci kilometrlik hissəsində rahat gediş-gəlişin təmin olunması məqsədilə sentyabrın 30-u səhər saatlarından asfalt-beton örtüyünün aşınma layının döşənməsi işlərinin icrasına başlanılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, işlərin aparıldığı ərazidə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq. Asfaltlanma işləri aparılan müddət ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin 2 (iki) tərəfli hərəkəti təmin ediləcək.
Əks istiqamət üzrə 2 (iki) tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri yerinə yetiriləcək.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]