Azərbaycan Dövlət İnformasiya Agentliyi

BAKI SAMMİTİ GƏLƏCƏK BİRGƏ FƏALİYYƏTDƏ MÜHÜM MƏRHƏLƏ OLACAQDIR
BAKIDA IV ENERJİ SAMMİTİ KEÇİRİLMİŞDİR

BAKI SAMMİTİ GƏLƏCƏK BİRGƏ FƏALİYYƏTDƏ MÜHÜM MƏRHƏLƏ OLACAQDIR BAKIDA IV ENERJİ SAMMİTİ KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, noyabrın 14-də Bakıda, “Gülüstan” sarayında IV Enerji Sammiti keçirilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün saraya gələn Türkiyə Prezidenti Abdullah Gülü, Litva Prezidenti Valdas Adamkusu, Ukrayna Prezidenti Viktor Yuşşenkonu, Gürcüstan Prezidenti Mixeil Saakaşvilini, Polşa Prezidenti Lex Kaçinskini, Bolqarıstanın vitse-prezidenti Angel Marini, Macarıstanın Baş naziri Ferents Dyurçanı və Estoniyanın Baş naziri Andrus Ansipi səmimiyyətlə qarşıladı.

Sammitdə ABŞ-ın energetika naziri Samuel Bodman, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs, habelə 21 ölkənin nümayəndələri və diplomatlar da iştirak edirdilər.

Dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri əvvəlcə rəsmi foto çəkdirdilər.

Beynəlxalq enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş, əsasən, Xəzər hövzəsindən hasil edilən neftin və təbii qazın Qara dəniz, Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün Odessa-Brodı neft kəmərinin yaradılması və digər məsələlərin müzakirəsinin nəzərdə tutulduğu sammiti Azərbaycan Prezidenti İLHAM ƏLİYEV giriş nitqi ilə açdı. Dövlətimizin başçısı sammitdə iştirak edən xarici ölkələrin dövlət, hökumət başçılarını və digər iştirakçıları salamladı.

Sammiti mühüm beynəlxalq tədbir adlandıran Prezident İlham Əliyev bildirdi ki, regiondakı ölkələr artıq enerji təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edib və Azərbaycanın müəllifi olduğu enerji layihələri bu sahədə daha geniş əməkdaşlıq imkanları açır. “İndi Azərbaycanın neft kəmərləri dünya və Avropa bazarlarına çıxır”, - deyən dövlətimizin başçısı ölkəmiz enerji təhlükəsizliyinə nail olduqdan sonra iqtisadi sabitliyi də təmin etdiyini bildirdi.

Azərbaycan Prezidenti dedi:

-Mən qürur hissi ilə demək istəyirəm ki, Azərbaycanda başlanmış enerji layihələri bu gün daha geniş əməkdaşlıq üçün imkanlar açır. Bizim tikdiyimiz boru kəmərləri Azərbaycan neftini Avropa və dünya bazarlarına çıxarır. Bu, artıq bizim üçün tarixi bir hadisə idi.

Biz, eyni zamanda, regional əməkdaşlığı da genişləndiririk. Xəzər dənizi, Qara dəniz və Baltik dənizi regionları arasında yaxşı regional əməkdaşlıq aparırıq. Bu gün burada iştirakçılar arasında bütün regionlardan dövlət, hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri vardır. Hesab edirəm ki, bu, bizim tərəfdaşlığımızın çox yaxşı bir işarəsidir. O deməkdir ki, bu geniş regionlar bir-biri ilə daha da yaxınlaşır. Çünki enerji siyasəti və mövcud olan boru kəmərləri tərəfdaşlığımızı gücləndirir. Zənnimcə, bu da özlüyündə daha çox proqnozlaşdırmaya aparacaq, daha geniş əməkdaşlığa təkan verəcək və biz bundan bəhrələnəcəyik.

İndi Azərbaycanın xaricdən qaz almadığını, Gürcüstan və Türkiyəyə qaz ixrac etdiyini xatırladan Prezident İlham Əliyev ölkəmizdə nəhəng qaz ehtiyatlarının, güclü infrastrukturun olduğunu vurğuladı.

Sonra çıxış edən Gürcüstan Prezidenti MİXEİL SAAKAŞVİLİ dedi ki, Azərbaycan bütün tərəfdaşları üçün mühüm olan enerji təhlükəsizliyi siyasəti nümayiş etdirir. O, enerji siyasəti sahəsində digər ölkələrlə əməkdaşlığın əhəmiyyətindən də danışdı, Gürcüstanın bütün enerji layihələrində təmsil olunmaq istəyini vurğuladı. Qeyd etdi ki, Avropa İttifaqı enerji siyasəti, xüsusilə də Nabukko layihəsi ilə bağlı səylərini daha da genişləndirməlidir.

M.Saakaşvili bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uğurlu neft siyasəti bütün regionun inkişafına mühüm təsir göstərmiş, regional əməkdaşlığı gücləndirmişdir.

Litva Prezidenti VALDAS ADAMKUS çıxışında bildirdi ki, ölkələrimizin işbirliyi iqtisadi artıma və əməkdaşlığa təkan verir. Bu baxımdan Bakı sammiti qeyri-adi və region üçün böyük əhəmiyyətli zirvə görüşüdür. Litva Prezidenti Xəzər regionunun enerji layihələrindən istifadə edilməklə enerji mənbələrinin müxtəlifliyinə nail olunması ilə bağlı səyləri alqışladığını söylədi. O, bu baxımdan Xəzər hövzəsi ölkələri ilə Avropa dövlətləri arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı.

“Nabukko layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında həyati əhəmiyyət daşıyır və Avropa İttifaqı Azərbaycanla sıx əməkdaşlıq etməlidir”, - deyən Valdas Adamkus enerji siyasətinin Avropa qonşuluq siyasəti baxımından da mühüm rolu olduğunu, Bakı-Tbilisi-Ceyhan kəmərinin bu əməkdaşlığı möhkəmləndirdiyini bildirdi.

Polşa Prezidenti LEX KAÇİNSKİ Bakı sammitinin məhsuldar keçəcəyinə əmin olduğunu söylədi. Odessa-Brodı-Qdansk layihəsinin əhəmiyyətindən danışan Polşa rəhbəri dedi ki, dünyada neftlə yanaşı, qaz təchizatı ilə bağlı təhlükəsizlik də mühüm amilə çevrilmişdir. Həm Odessa-Brodı-Qdansk, həm də Nabukko layihələri ilə bağlı planlar bütün Avropanın rifahına yönəlibdir. Əsas məqsəd Avropanın enerji təhlükəsizliyinin siyasi-iqtisadi müstəqilliyinin təmin olunmasıdır. Azərbaycan isə öz potensialına görə, bu məsələdə xüsusi əhəmiyyət kəsb edir.

Türkiyə Prezidenti ABDULLAH GÜL vurğuladı ki, Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdə dünya miqyasında enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Enerji təhlükəsizliyinin qlobal əhəmiyyətindən danışan Türkiyə Prezidenti dedi ki, əməkdaşlığa və qarşılıqlı anlaşmaya söykənən münasibətlərimiz regional layihələrin reallaşması üçün çox faydalıdır.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin regional əməkdaşlıqda rolunu vurğulayan Türkiyənin dövlət başçısı irimiqyaslı enerji layihələrinin bölgədə sülhün və sabitliyin təmin olunmasında mühüm amilə çevrildiyini bildirdi.

Ukrayna Prezidenti VİKTOR YUŞŞENKO çıxışında Odessa-Brodı-Qdansk enerji dəhlizinin yaradılmasından danışaraq dedi ki, bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Ukrayna Prezidenti Krakov sammitindən keçən dövr ərzində dövlətlərarası işçi qrupu səviyyəsində 10 görüşun, milli neft şirkətləri arasında isə 5 görüşün keçirildiyini xatırlatdı.

“Bu gün artıq faydalı dialoq səviyyəsinə çatmışıq”, - deyən Viktor Yuşşenko Odessa-Brodı-Qdansk layihəsinin texniki iqtisadi əsaslandırmasının tamamlanmaqda olduğunu, dekabrda layihənin perspektivləri ilə bağlı yekun qərarın veriləcəyinə əminliyini bildirdi.

Bolqarıstanın vitse-prezidenti ANGEL MARİN enerji siyasəti sahəsində həyata keçirilən səyləri ölkəsinin alqışladığını dedi. O, Nabukko layihəsi ilə bağlı Avropa ölkələrinin səylərini artırmağı təklif etdi və bu layihənin icrasında Azərbaycanın xüsusi önəmini vurğuladı.

Estoniyanın Baş naziri ANDRUS ANSİP enerji təhlükəsizliyini milli təhlükəsizliyin mühüm tərkib hissəsi adlandıraraq dedi ki, bu səbəbdən də enerji təhlükəsizliyinin təmin olunması əsas hədəfdir.

Macarıstanın Baş naziri FERENTS DYURÇAN ölkəsinin Bakı sammitinə böyük önəm verdiyini dedi. O bildirdi ki, Avropa İttifaqı enerji əməkdaşlığının genişlənməsində maraqlıdır, Bakı sammitinin isə bu əməkdaşlığın inkişafı üçün xüsusi əhəmiyyəti vardır.

ABŞ-ın energetika naziri SAMUEL BODMAN Birləşmiş Ştatların Azərbaycan, Gürcüstan və Türkiyə ilə işbirliyində maraqlı olduğunu, ölkəmizin enerji sahəsində əməkdaşlıq baxımından güclü tərəfdaş olduğunu bildirdi.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı ANDRİS PİEBALQS təmsil etdiyi qurumun bu sahədə Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əməkdaşlığa böyük önəm verdiyini dedi. Bildirdi ki, Avropa İttifaqı neft və qazın nəqlində regional əməkdaşlığı dəstəkləyir.

Rumıniyanın xarici işlər naziri LAZAR KOMENESKU dedi ki, onun ölkəsi də enerji sahəsində regional əməkdaşlıqda maraqlıdır və yeni enerji layihələrinin reallaşması Avropanın maraqlarına uyğundur. Nazir Transxəzər enerji dəhlizinin reallaşmasının vacibliyindən də danışdı.

Yunanıstanın inkişaf naziri XRİSTOS FOLİAS Türkiyə, Yunanıstan, İtaliya və Azərbaycanın daxil olduğu dördtərəfli enerji dəhlizinin yaradılması ideyasını ölkəsinin dəstəklədiyini bildirdi.

Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri SAUAT MINBAYEV dedi ki, hazırda Aktau limanından ildə 10 milyon ton neft ixrac olunur. Onun da 2,4 milyon tonu Bakı vasitəsilə ixrac edilir. İndi Qazaxıstan alternativ nəql prosesini reallaşdırmağı planlaşdırır.

İtaliya xarici işlər nazirinin müavini ALFREDO MANTİKA həm milli, həm də Avropa İttifaqı çərçivəsində enerji layihələrinin icrasında yaxından iştirak edəcəklərini bildirdi.

Türkmənistan xarici işlər nazirinin müavini XOŞGƏLDİ BABAYEV çoxtərəfli nəql marşrutlarının faydalı olacağını vurğuladı.

Latviyanın iqtisadiyyat nazirinin müavini ARTURS BERQHOLS sammitin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirdi.

Prezident İLHAM ƏLİYEV yekun nitqində sammitdə iştirak etdiklərinə görə qonaqlara minnətdarlıq etdi. “Bu sammit görüləsi işlərin çox olduğu bir regionda keçirilir” - deyən dövlətimizin başçısı Bakı görüşünün regional və beynəlxalq əməkdaşlığa töhfə verəcəyini bildirdi. O dedi: “Bu gün masa ətrafında bizim Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa, Odessa-Brodı-Plotsk-Qdansk və Nabukko layihələrinin iştirakçıları və digər nümayəndələr toplaşıblar. Bu layihələrin hamısı mühümdür. Bu layihələrin hamısının bir mənbəyi var - Xəzər dənizi, daha dəqiq desək, Azərbaycan”.

Sammitin yekunlarına dair Bəyannamə qəbul edildi. Bəyannaməyə Avropa İttifaqının üzvü olan 9 ölkə ilə yanaşı, Avropa Komissiyası da qoşulmuşdur.

######

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb