BAKI SAMMİTİ GƏLƏCƏK BİRGƏ FƏALİYYƏTDƏ MÜHÜM MƏRHƏLƏ OLACAQDIR
BAKIDA IV ENERJİ SAMMİTİ KEÇİRİLMİŞDİR
Xəbər verdiyimiz kimi, noyabrın 14-də Bakıda, “Gülüstan” sarayında IV Enerji Sammiti keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün saraya gələn Türkiyə Prezidenti Abdullah Gülü, Litva Prezidenti Valdas Adamkusu, Ukrayna Prezidenti Viktor Yuşşenkonu, Gürcüstan Prezidenti Mixeil Saakaşvilini, Polşa Prezidenti Lex Kaçinskini, Bolqarıstanın vitse-prezidenti Angel Marini, Macarıstanın Baş naziri Ferents Dyurçanı və Estoniyanın Baş naziri Andrus Ansipi səmimiyyətlə qarşıladı.
Sammitdə ABŞ-ın energetika naziri Samuel Bodman, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piebalqs, ümumən 21 ölkənin nümayəndələri və diplomatlar iştirak edirdilər.
Dövlət və hökumət başçıları, nümayəndə heyətlərinin rəhbərləri əvvəlcə rəsmi foto çəkdirdilər.
Beynəlxalq enerji təhlükəsizliyi problemlərinə həsr olunmuş, əsasən, Xəzər hövzəsində hasil edilən enerji daşıyıcılarının Qara dəniz, Baltik dənizi regionlarına və Mərkəzi Avropaya çatdırılması üçün Odessa-Brodı neft kəmərinin yaradılması və digər məsələlərin müzakirəsinin nəzərdə tutulduğu sammiti Azərbaycan Prezidenti İlham Əliyev giriş nitqi ilə açdı.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |






