Bakı şəhər halqasının əhatə etdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlanılıb
Bakı, 27 mart, AZƏRTAC
Ölkəmizdə Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) iyunun 23-25-də keçiriləcək Azərbaycan Qran-prisi ilə bağlı hazırlıq işlərini davam etdirir.
BŞH-dən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhər halqasının əhatə etdiyi küçələrdə martın 27-də təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlanılıb.
Trekin Xəqani küçəsinin Puşkin küçəsi və Bülbül prospekti ilə kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün saat 22:00-dan səhər saat 06:00-dək baryerlərin quraşdırılması işləri aparılacaq. Paytaxt sakinlərindən göstərilən müddət ərzində həmin ərazidə avtomobilləri saxlamamaq xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]