BAKI ŞƏHƏRİ DÖVLƏT YOL POLİSİ XƏBƏRDARLIQ EDİR: AVTOXULİQANLAR VƏ ONLARIN HAVADARLARI CİDDİ CƏZALANDIRILACAQLAR
Belə ki, 2006-cı ilin yanvarında 125 avtoxuliqan yaxalanaraq müvafiq polis idarə və bölmələrinə təhvil verilmişdir. Onlardan 2 nəfərinə inzibati həbs cəzası tətbiq olunmuş, 34-ü müxtəlif müddətlərə sürücülük hüququndan məhrum edilmiş, 89-u cərimə olunmuşdur.
Sürətli iqtisadi inkişaf nəticəsində Bakı şəhərində nəqliyyat vasitələrinin çoxalması, yol hərəkətinin kəskin şəkildə intensivləşməsi ilə əlaqədar hərəkət iştirakçılarının təhlükəsizliyinin qorunması vacibdir və bu işə əngəl törədən, əmin-amanlığı pozmağa çalışan “avtoxuliqan”lar, onların havadarları haqqında lazımi ölçü götürüləcəkdir.
BŞDYPİ-nin rəhbərliyi tərəfindən bu barədə sürücülərə müraciət edilmişdir. Müraciətdə qeyd olunmuşdur ki, “avtoxuliqan”lara havadarlıq edən şəxslərin adları açıqlanacaq və aidiyyəti təşkilatlara məlumatlar veriləcəkdir.