Bakı-Sumqayıt yolunun “20 Yanvar” tunelindən Masazır körpüsünədək olan hissəsində yol genişləndirilib
Bakı, 22 fevral, AZƏRTAC
Ölkəmizin şimal və şimal-qərb istiqamətindən Bakı şəhərinin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin sürətlə artan intensiv hərəkətini nizamlamaq və bu istiqamətdə və əksinə baş verən tıxac problemini qismən həll etmək məqsədilə Bakı-Sumqayıt yolunun “20 Yanvar” tunelindən Masazır körpüsünədək olan hissəsində yolun genişləndirilməsi işləri ötən ilin iyununda başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr” mövzusuna həsr edilən brifinqdə açıqlayıb.
S.Məmmədovun sözlərinə görə, bu işlərdən ən önəmlisi, Xırdalan dairəsindəki mövcud tunelin yenidən qurularaq hər iki istiqamətdə 4 hərəkət zolaqlı olmaqla 8 hərəkət zolaqlı tunel və 4 hərəkət zolaqlı yan yollardan ibarət yol qovşağının yaradılmasıdır: “Yeni tikilən tunellərdən sonra, dayaqları yolun hərəkət hissəsinə düşən dəmir yolu körpüsü də sökülərək yeni bir aşırımlı metal körpünün tikilməsi, bu ərazidə hərəkətin sıxlığını aradan qaldırıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]