Bakı yürüşləri zamanı ən sürətli pit-stopu “Ferrari” mexanikləri yerinə yetiriblər
Bakı, 29 aprel, AZƏRTAC
Bakı yürüşləri zamanı “Ferrari” komandasının mexanikləri 2,27 saniyə ərzində Şarl Leklerin bolidinə xidmət etməklə ən sürətli pit-stopu yerinə yetiriblər.
AZƏRTAC xəbər verir ki, bu, italyan komandasının cari mövsümdə ilk qələbəsidir. Bundan əvvəlki üç mərhələdə ən sürətli pit-stopu “Red Bull Racing” komandasının mexanikləri yerinə yetiriblər. Lakin Bakı Qran-Prisində Maks Ferstappenin pit-stopu hətta ilk onluğa belə düşməyib.
Azərbaycan mərhələsində sürətinə görə ikinci pit-stopu “McLaren” komandasının mexanikləri icra ediblər. Onlar Karlos Sayntsın bolidinin təkərini 2,31 saniyə ərzində dəyişiblər. Bu göstərici üzrə üçüncü nəticə 2,32 saniyə ilə Luis Hamiltondadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:34]
"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]