QAN YADDAŞI
Bakıda “20 Yanvar – Müstəqilliyimizə gedən yol” adlı tədbir keçirilib
![](/files/galleryphoto/2024/1/1200x630/17055736864687226197_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055736865754834069_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055736862593539786_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055736861818835590_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055736863406434434_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1705573686176164500_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055736861857150839_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055736862758163343_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055736865938456838_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1705573686277213850_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055736861016061835_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055736862256243873_1200x630.jpg)
Bakı, 18 yanvar, AZƏRTAC
Bakı Şəhər İcra Hakimiyyətinin Humanitar şöbəsinin və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə müharibə veteranları, qazilərin, şəhid övladları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “20 Yanvar - Müstəqilliyimizə gedən yol” adlı tədbir keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açılış nitqi ilə çıxış edərək deyib: “Bu gün biz tam qətiyyətlə deyə bilərik ki, siz xoşbəxt bir nəslin nümayəndələrisiniz. Çünki sizin taleyinizə üç möcüzəni öz gözlərinizlə görmək və yaşamaq nəsib olub. Bu möcüzələrdən biri 44 günlük Vətən müharibəsi, ikincisi 2023-cü ilin sentyabrındakı antiterror tədbirləri, üçüncüsü isə Xankəndidə Azərbaycan Bayrağının dalğalanmasıdır”.
Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən artıq 34 il ötdüyünü qeyd edib. Bildirib ki, həmin gün Azərbaycan xalqı azadlıq uğrunda mübarizə əzminin heç bir qüvvə tərəfindən qırıla bilinməyəcəyini nümayiş etdirdi. Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar xalqımızın yenilməz, məğrur olduğunu bir daha dünyaya göstərdi.
Sonra 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin azyaşlı aktyorlarının ifasında “20 Yanvar - Müstəqilliyimizə gedən yol” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Sonda şəhid övladlarına Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış “Heydər Əliyev və Azərbaycan tarixi” və Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunan “Bizim böyük qələbəmiz” adlı kitablar, həmçinin təşkilatçıların hədiyyələri təqdim edilib.