Bakıda Avropa Gimnastikasının iclası olub
Bakı, 3 mart, AZƏRTAC
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına hazırlıq məqsədilə paytaxtımızda Avropa Gimnastikasının iclası keçirilib.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, iclasda Avropa Gimnastikasının baş direktoru Liza Vortman, qurumun bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Yevangeliya Trikomiti, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, idman direktoru Natalya Bulanova və digər nümayəndələr iştirak ediblər.