Bakıda avtomobili qaçırmaqda şübhəli bilinən şəxs Şamaxıda saxlanılıb
Bakı, 14 fevral, AZƏRTAC
Binəqədi rayonunda S.Quliyevanın “BMW” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən T.Abbasov avtomobillə birlikdə Şamaxı rayonu ərazisində rayon polis idarəsinin 6-cı polis bölməsi və Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi rayonunda dörd avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Səlimzadə və Yevlax rayon sakini İ.İsgəndərzadə isə elə həmin polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.