Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubileyi qeyd olunub VİDEO

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 30 illik yubileyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri salamlama nitqi ilə açan BAMF-ın prezidenti Umud Mirzəyev bildirib ki, Fond 1992-ci ildə yaradılıb və BMT-nin Sosial İqtisadi Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Deyib ki, BAMF media və vətəndaş cəmiyyətinin inkişafı, qaçqın və məcburi köçkünlərin problemləri, sülh quruculuğu və münaqişələrin həlli, icmaların inkişafı və təhsil istiqamətlərində proqramlar həyata keçirir. U.Mirzəyev 30 il ərzində Fondun təşəbbüsü ilə böyük və önəmli işlər görüldüyünü diqqətə çatdırıb.

BAMF-ın Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan həqiqətlərinin mətbuat vasitəsilə dünyaya çatdırılmasının vacib olduğunu söyləyib. Bildirib ki, Heydər Əliyev Fondunun kitabları çap olunduqdan sonra Azərbaycanın mövqeyi, Xocalı faciəsinin həqiqətləri dünyaya daha geniş miqyasda çatdırılıb.

Sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik fəaliyyəti barədə videoçarx nümayiş olunub.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova ölkəmizin QHT sektorunda 30 il fasiləsiz fəaliyyət göstərən, çoxsaylı layihələri ilə ölkəmizin müxtəlif regionlarında və xaricdə mütərəqqi işlər görən Fondun kollektivini təbrik edib. Bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra Ermənistan-Azərbaycan münaqişəsi, ərazilərimizn 20 faizinin işğal olunması, etnik təmizləmə, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi, siyasi-iqtisadi səbatsızlıq nəticəsində yaranan hərbi, siyasi, iqtisadi, humanitar böhran ölkəmizi olum və ölüm seçimi qarşısında qoymuşdu. Məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması ölkəmizi bu ekzistensional təhlükələrdən xilas etdi. Bundan sonra siyasi-iqtisadi formasiyada fundamental dəyişikliklər, ölkəmizdə dövlət quruculuğu, köklü islahatların aparılması zərurəti yeni dövrə xas təsisatların yaranmasını şərtləndirdi. Azərbaycanın ictimai həyatında dövlətlə cəmiyyət arasında kommunikator rolunda çıxış edən vətəndaş cəmiyyəti institutları formalaşmağa başladı.

Səadət Yusifova diqqətə çatdırıb ki, bu gün QHT-lər dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin vacib institutlarından biridir. Ölkəmizdə 3640-dan çox QHT fəaliyyət göstərir. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ölkəmizdə QHT sektorunun inkişafında yeni dövrün başlanğıcı hesab oluna bilər. Şura tərəfindən görülmüş işlər ictimai sektorun inkişafına və dövlət-vətəndaş cəmiyyəti arasında əməkdaşlığa yeni təkan verib.

“Dövlət və cəmiyyətin həyatında QHT-lərin rolunun artması, onların fəaliyyətlərinin yeni dövrün çağırışlarına uyğun qurulması, bu sahədə həyata keçirilən dövlət dəstəyinin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə 2021-ci ildə Şuranın varisi kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradıldı. Bu gün Agentlik qarşısına qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində işlər aparır. QHT-lər ölkəmizdə islahatların həyata keçirilməsi, postpandemiya problemlərinin həlli, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, postmünaqişə məsələlərinin həlli, sülhyaratma və reinteqrasiya proseslərində fəal iştirak etməli və dövlətə bu sahədə dəstək olmalıdırlar”, - deyə Səadət Yusifova bildirib.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, ölkəmizdə QHT-lərə dövlət dəstəyi, dövlət-QHT əməkdaşlığına aid kifayət qədər nümunələr var. Bu əməkdaşlığın ən bariz nümunələrindən biri elə məhz Beynəlxalq Avrasiya Mətbuat Fondudur.

“Otuz il bundan əvvəl olduğu kimi, bu gün də Fondun fəaliyyətində humanitar aspekt üstünlük təşkil edir. İyirmi ildir Azərbaycanda Mina Təhlükəsizliyi ilə mübarizə proqramına qoşulan Fond Azərbaycan ərazilərinin müharibə qalıqlarından və minalardan təmizlənməsi prosesində ANAMA-nın əsas tərəfdaşlarından biridir. BAMF 30 il ərzində təmas xəttində, 44 günlük Vətən müharibəsi bitdikdən sonra işğaldan azad edilmiş ərazilərdə minalar və partlamamış hərbi sursatların təmizlənməsi istiqamətində maarifləndirmə işləri aparır”, - deyə Səadət Yusifova qeyd edib.

BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi əvəzi Quido Ambroso bildirib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu özünün məşvərətçi statusu ilə BMT-nin müxtəlif qurumları ilə yaxından əməkdaşlıq edir. Diqqətə çatdırılıb ki, BAMF ANAMA ilə yaxından əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıq çərçivəsində Fond minalardan təmizləmə fəaliyyətlərinə cəlb olunub.

Əl Cəzirə Media Şəbəkəsinin Baş direktoru Mustafa Suaq Fondun 30 illik fəaliyyətini yüksək dəyərləndirib. Deyib ki, Fondun münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və insanların mina təhlükəsi ilə bağlı maarifləndirilməsi istiqamətində fəaliyyəti zəruridir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva BAMF-ın 30 il əvvəl, ölkəmiz üçün çox çətin zamanda yaradıldığını bildirib. Vurğulayıb ki, BAMF-ın əsas fəaliyyət istiqamətləri Qarabağın işğalı zamanı qaçqınların və keçmiş məcburi köçkünlərin taleyinin, 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpasının, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına töhfə verməkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün Fondun ötən 30 illik fəaliyyətinə yekun vurulduğunu və yeni dövr üçün planlar qurulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu təsis olunduqdan bəri bütün fəaliyyətini sülh quruculuğu prosesinə həsr edib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov böyük təcrübəyə malik Fondun Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, mina təhlükəsi ilə mübarizə proqramlarında fəal iştirak etdiyini bildirib. Deyib ki, mina təhlükəsi ilə mübarizə sahəsində BAMF-la 2002-ci ildən başlayan əməkdaşlıq bu gün də davam edir. “BAMF minalardan zərər çəkənlərin ehtiyaclarının öyrənilməsində, minaların sosial-iqtisadi mənfi təsirinin tədqiqatında, maarifləndirmədə və minatəmizləmə fəaliyyətinin həyata keçirilməsində əhəmiyyətli işlər yerinə yetirib. Azərbaycanın üzləşdiyi mina probleminin dünyaya çatdırılmasında dövlət-vətəndaş cəmiyyətinin birgə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir”, - deyə V.Süleymanov diqqətə çatdırıb.

Digər çıxış edənlər - BMT-nin QHT bölməsinin sabiq rəhbəri Andrey Abramov, Qlobal Su Ətraf Mühit və Sağlamlıq İnstitutunun (GIWEH) direktoru Nidal Salim, Türkiyə-Avropa Jurnalistlər Birliyinin sədri Adnan Fişenk, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Beynəlxalq Reytinq Agentliyi Beynəlxalq Reytinq Mərkəzinin ABŞ, Kanada, Avropa və Avropa İttifaqında (İsrail) baş konsulu Aleksandr Rabinoviç Fondun fəaliyyətini yüksək qiymətləndirib, kollektivinə təbriklərini çatdırıblar.

Sonra Nobel mükafatı laureatı professor Məhəmməd Yunusun, BMT-nin Cenevrə ofisinin baş direktoru David Çikvaidzenin və “Sülhün Kökləri” təşkilatının qurucusu Haydi Künün videomüraciətləri nümayiş olunub.

Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə Əl Cəzirə Media Şəbəkəsi arasında və Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə Beynəlxalq Türk Mədəniyyət İrsi Fondu arasında əməkdaşlıq memorandumları imzalanıb.

Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun 30 illik yubileyi qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub