Bakıda bir sıra istiqamətlərdə yolun sürüşkən olması səbəbindən nəqliyyatın hərəkətində sıxlıq yaranıb
Bakı, 23 fevral, AZƏRTAC
Nərimanov rayonu, Ziya Bünyadov prospekti, körpünün üzəri, Qara Qarayev prospekti və “Koroğlu” m/s istiqamətində yolun sürüşkən olması nəqliyyatın hərəkətində sıxlığa səbəb olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Sürücülərdən hərəkət zamanı diqqətli olmaları xahiş edilir.