Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın Yusif Səfərov küçəsində mikromobillik zolaqlarının təşkilinə başlanılıb.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, bu zolaq şəhərin mərkəzini “Xətai” metrostansiyası, Xocalı prospekti, Fəzail Bayramov, Həmid Abbasbəyli, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələri ilə əlaqələndirəcək.
Hazırda zolağın uzunluğu 430 metrə yaxındır. Görülən işlər çərçivəsində velosiped zolağı Həmid Abbasbəyli küçəsinədək (“Sevirəm” parkının yanı) uzanacaq və təxminən 850 metr təşkil edəcək.
Qeyd edək ki, Xocalı prospekti, “Sevirəm” parkı və 28 May küçəsini əlaqələndirən mikromobillik vasitələri üçün yeni zolaq Yusif Səfərov küçəsində şəbəkənin ən vacib hissələrindən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:33]
Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq
- 10.08.2026 [12:27]
Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]