Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin bağlanış mərasimi keçirilib VİDEO

Bakı, 15 avqust, Məhərrəm Əlioğlu, AZƏRTAC

Avqustun 15-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları - 2019” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku - 2019” yarışlarının qaliblərinin mükafatlandırılması və müsabiqənin təntənəli bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin rəsmilərinin, iştirakçı dövlətlərin, müşahidəçi qismində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələrinin nümayəndələrinin, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərinin, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin hərbi qulluqçularının, media təmsilçilərinin iştirak etdikləri mərasimdə respublikanın Əməkdar artisti Ramil Qasımovun və əsgər xorunun ifasında dünya şöhrətli sənətkarımız Rəşid Behbudovun repertuarından “Ey Vətən” mahnısı səsləndirilib.

Mərasimin aparıcıları Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani, Rəna Qurbanova və Mixail Sklyamin bildiriblər ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildə bünövrəsi qoyulan “Beynəlxalq Ordu Oyunları”na maraq artır və ildən-ilə iştirakçı dövlətlərin sayı çoxalır. “Dəniz kuboku - 2019” müsabiqəsinin həyəcanlı anları artıq geridə qaldı və hərbi dənizçilərimiz təbiətin sərt sınaqlarından uğurla çıxdılar. Üçüncü ildir ki, Azərbaycan “Dəniz kuboku” müsabiqəsinə ev sahibliyi edir və yarışların şəffaf, yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradır. Ötən illərdə olduğu kimi, bu il də “Dəniz kuboku” dostluq, qardaşlıq, qarşılıqlı anlaşma şəraitində keçib və bütün iştirakçı dövlətlərin böyük marağına səbəb olub.

Sonra “Dəniz kuboku - 2019” müsabiqəsində iştirak edən ölkələrin dövlət bayraqları təntənəli surətdə mərasimə gətirilib.

Rusiya Xəzər Flotiliyasının, İran İslam Respublikası, Qazaxıstan və Azərbaycan respublikaları Hərbi Dəniz Qüvvələrinin komandalarının iştirak etdikləri “Dəniz kuboku” müsabiqəsinin kuboku və iştirakçı dövlətlərin bayraqları alqışlar altında səhnəyə gətirilib, yarışların qısa xronikası videoçarx vasitəsilə təqdim edilib, beynəlxalq hakimlər kollegiyasının son qərarı mərasim iştirakçılarına çatdırılıb.

Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında şəffaf, qarşılıqlı anlaşma şəraitində keçən “Dəniz kuboku - 2019” müsabiqəsinin qalibi Azərbaycan komandası olub. İkinci yeri Rusiya, üçüncü yeri Qazaxıstan komandaları tutub.

Mərasimdə çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, “Dəniz kuboku - 2019” müsabiqəsi Təşkilat Komitəsinin sədri, general-leytenant Nizam Osmanov qeyd edib ki, bu gün paytaxt Bakı şəhərində beşinci “Beynəlxalq Ordu Oyunları” çərçivəsində “Dəniz kuboku - 2019” müsabiqəsinə yekun vurulur. O bildirib ki, Rusiya Federasiyası Hərbi Dəniz Donanması və İran, Qazaxıstan, Azərbaycan respublikaları Hərbi Dəniz Qüvvələrinin komandaları on gündən çoxdur Xəzər dənizinin Azərbaycan akvatoriyasında gərgin şəraitdə yarışdılar və bacarıqlarını nümayiş etdirdilər: “Şəffaf və yüksək səviyyədə keçirilən builki müsabiqədə iştirakçıların peşəkar döyüş hazırlığı səviyyəsinin yüksək olduğu müəyyən edildi. Beynəlxalq hakimlər kollegiyası öz vəzifələrini ləyaqətlə yerinə yetirdilər. Artıq qaliblər məlumdur. Sevindirici haldır ki, Xəzəryanı ölkələrin hərbi dənizçiləri öz güclərini döyüş meydanında deyil, yarış meydanlarında sınadılar. Mən “Dəniz kuboku - 2019” müsabiqəsinin uğurla başa çatması münasibətilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi adından bütün iştirakçıları, hakimləri, azarkeşləri, xüsusilə qalib komandaları təbrik edirəm”.

General-leytenant bildirib ki, hansı ölkənin komandasının qalib gəlməsindən asılı olmayaraq, ən böyük qələbəmiz Xəzəryanı ölkələrin hərbi dənizçilərinin bir-birlərini yaxından tanıması, qarşılıqlı etimadın güclənməsi, əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsi, dostluq və qardaşlıq mühitinin daha da genişlənməsi oldu. “Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, beşinci “Beynəlxalq Ordu Oyunları”nda altı növ üzrə müsabiqədə Azərbaycanı təmsil edən komandalarımız da yüksək nəticələr əldə ediblər. Bu münasibətlə onları da təbrik edirəm”, - deyə N.Osmanov əlavə edib.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Salikov, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, “Dəniz kuboku - 2019” müsabiqəsi Təşkilat Komitəsinin sədri, general-leytenant Nizam Osmanov, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hərbi Dəniz Donanmasının baş qərargah rəisi, vitse-admiral Andrey Volojinskiy, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən birinci dərəcəli kapitan Zaur Hümmətov və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hərbi Dəniz Donanmasının Döyüş Hazırlığı İdarəsinin rəisi kontr-admiral Oleq Korolyov komandalara və üzvlərinə kubok, medal və diplomlar təqdim ediblər.

Sonra Azərbaycanın dövlət himni ifa edilib.

Daha sonra çıxış edən Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini Ruslan Salikov yarış iştirakçılarını təbrik edərək müsabiqənin yüksək səviyyədə keçdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, bu cür yarışlar dünyada sülhə və sabitliyə töhfədir. Azərbaycanın bu yarışı çox yüksək səviyyədə təşkil etdiyini bildirən R.Salikov Rusiyanın müdafiə naziri Sergey Şoyqunun adından Azərbaycan Ordusunun rəhbərliyinə təşəkkür edib.

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək bildirib ki, “Dəniz kuboku - 2019” yarışı çox möhtəşəm və gözəl şəraitdə keçdi: “Bütün təşkilatçılara, yarışda iştirak edən ölkələrin nümayəndə heyətlərinə Azərbaycanın Müdafiə Nazirliyi adından təşəkkürümü bildirirəm. Biz çalışdıq ki, yarışları yüksək qonaqpərvərlik və dostluq şəraitində keçirək. Hesab edirəm ki, buna nail olduq. Bu yarışlarda ən böyük nailiyyət isə dostluq və qardaşlıq oldu”.

Sonra Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev müsabiqəni bağlı elan edib.

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının və “Dəniz kuboku” müsabiqəsinin bayraqları endirilib.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsinin bağlanışına həsr olunmuş təntənəli mərasim bədii hissə ilə başa çatıb. Bədii hissədə respublikanın Xalq artisti Samir Cəfərov, Əməkdar artist Məryəm Şabanova, Fuad Musayev, “Səma” rəqs qrupu və digər sənətçilər çıxış ediblər.

Bakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin bağlanış mərasimi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır