Bakıda gələn il keçiriləcək cüdo üzrə dünya çempionatının tarixi dəyişdirilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixi dəyişdirilib.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, yeni qərara görə, mundial gələn il oktyabrın 4–11-də baş tutacaq. Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir.
Fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışları isə oktyabrın 11-də keçiriləcək.
Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtımızda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [15:45]
Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]