Bakıda grappling və grappling-gi üzrə dünya çempionatı davam edir
Bakı, 19 oktyabr, AZƏRTAC
Bakıda kişilər və qadınlar arasında grappling və grappling-gi üzrə sayca 10-cu dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda 33 ölkədən 550 idmançı iştirak edir.
Çempionatın ikinci günündə grappling-gi versiyası üzrə yarışlara start verilib.
Mundialın ilk günündə graplling versiyası üzrə 12-19 yaş qrupları və veteranlar arasında yarışa yekun vurulub.
Qeyd edək ki, çempionata oktyabrın 21-də yekun vurulacaq.