BAKIDA “HEYDƏR ƏLİYEV KUBOKU-2008” BEYNƏLXALQ BOKS TURNİRİ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 6-da Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq “Heydər Əliyev kuboku-2008” boks turniri başlamışdır.
Yeniyetmə boksçular (15-16 yaş) arasında keçirilən yarışda Azərbaycan, Türkiyə, Rusiya, İrlandiya, Gürcüstan, İsrail, Almaniya, Hindistan və Özbəkistandan 128 idmançı mübarizə aparır.
Yarışın təntənəli açılış mərasimində Azərbaycanın dövlət himni səsləndirildikdən sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev ölkəmizdə boksun inkişaf tarixindən, idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmışlar.
Azərbaycan bu yarışda üç komanda ilə təmsil olunur. On üç çəki dərəcəsi üzrə keçirilən turnirin final görüşləri mayın 10-da olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]