Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda IAEA 2019 beynəlxalq konfransının açılış mərasimi keçirilib YENİLƏNİB 4 VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik beynəlxalq konfransının (IAEA 2019) rəsmi açılış mərasimi keçirilib. Konfransın Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir.

IAEA-nın illik konfransı ölkəmizdə ikinci dəfədir təşkil olunur. Builki konfransın işində Azərbaycanla birgə 55 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

Konfransın rəsmi açılış mərasimində iştirakçılar Azərbaycan Respublikasının dövlət himnini ifa ediblər.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən IAEA prezidenti Rendi Bennett Dövlət İmtahan Mərkəzinin IAEA-nın mövzularla zəngin bu tədbirinin Azərbaycanda yenidən keçirilməsi üçün səylə çalışdığını vurğulayıb. Bildirib ki, Dövlət İmtahan Mərkəzi maraqlı və informativ elmi proqram, habelə Xəzərin sahilində yerləşən gözəl Bakı şəhərində bir sıra sosial tədbirlər işləyib hazırlayıb. IAEA 2019 təhsilin qiymətləndirilməsini necə inkişaf etdirə biləcəyimiz ətrafında stimullaşdırıcı mübadilə ilə dolu xüsusi bir konfrans vəd edir. Konfransın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusu apardığımız araşdırmanın və tətbiq etdiyimiz təcrübənin mərkəzində qiymətləndirmənin məqsəd və istifadəsini qoyur. “Qoy bu konfrans zəngin ideya və diskussiyalarla, habelə təşviq edəcəyi zəngin qarşılıqlı əlaqələrlə yadda qalsın. Təhsilin səmərəliliyini artırmaq və dünyanı daha da yaxşılaşdırmaq naminə birgə işləməyimizə kömək etsin”, - deyən Rendi Bennet konfrans iştirakçılarına məhsuldar və xoş həftə arzulayıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik beynəlxalq konfransının iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbirdə çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə konfransın Bakıda ilk dəfə 2007-ci ildə keçirildiyini xatırlayaraq deyib: "Əvvəlki tədbirimizdən artıq 12 il keçib. Bu müddət ərzində həm biz dəyişmişik, həm də dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qalıb. Bütün bunlar da öz növbəsində öyrətməyə, öyrənməyə və ümumilikdə təhsilə təsirsiz ötüşməyib. Bu cür böyük dəyişikliklər, heç şübhəsiz, təhsildə qiymətləndirmədə də dəyişikliklərə səbəb olmalıdır. Artıq onilliklərdir ki, qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib və bu sahədə islahatlar aparılması da əsas müzakirə mövzularındandır.

Nailiyyətlərin sınağı və bu barədə ictimaiyyətə hesabat verilməsi, uşaqların həyat imkanlarını genişləndirmək məqsədilə mövcud resurslardan istifadə barədə siyasətçiləri və cəmiyyəti aşkar məlumatlandıra biləcək azsaylı vasitələrdən biri kimi görünür.

Keçmiş təcrübəyə və ötən il Oksfordda "Qiymətləndirmə və böyük verilənlər" mövzusu üzrə keçirilən konfransın nəticələrinə əsaslanaraq söyləyə bilərik ki, əksər qiymətləndirmələr zamanı məlumatların azlığı qarşıya çıxan problemlər arasında yer almır. Çünki əslində əksər hallarda aydın qərar qəbul etmək üçün kifayət qədər çox məlumat bazası olur. Buna görə də builki konfransın mövzusunu daha çox müzakirəyə ehtiyac duyulan istiqamətdə - "Qiymətləndirmə və qərar qəbuletmə" kimi müəyyən etdik.

Məhz bu baxımdan, institusional islahat vasitəsi kimi təhsildə qiymətləndirməni təşviq edən ən yaxşı qiymətləndirmə tədqiqatçılarını və əsas şəxsləri konfransımıza dəvət etdik. Onlar sizinlə qiymətləndirməyə əsaslanan qərar qəbuletmənin müxtəlif perspektivlərini müzakirə edəcəklər. Bu sıraya ibtidai təhsildə test, dil biliklərinin qiymətləndirilməsi, qiymətləndirmə sistemləri, sinif qiymətləndirməsi, qiymətləndirmə fəlsəfələri, qiymətləndirmənin yoxlanılması sistemləri, qiymətləndirmənin tərtib olunması, müəllimlərin sertifikasiyası daxildir. Həmçinin qərar qəbuletmə, siyasətin formalaşdırılması, ali təhsil, qiymətləndirmə strategiyaları, müəllim inkişafı, psixoloji qiymətləndirmə, müəllim hazırlığı və qiymətləndirmə, yazı işlərinin qiymətləndirilməsi, validlik, qiymətləndirmə metodları, müqayisəli tədqiqatlar, diaqnostik qiymətləndirmə, qiymətləndirmə standartları, testdə keyfiyyətin təmin olunması, seçim üçün qiymətləndirmə, texnologiya, qiymətləndirmə islahatları, qiymətləndirmənin tətbiqi modelləri, qəbul proqnozları, regional inkişaf müzakirə olunacaq əsas mövzulardır.

Bundan əlavə, biz, Astana Dövlət Qulluğu üzrə Regional Xab tərəfindən dəstəklənən dövlət qulluğu panelini də builki proqrama daxil etmişik. Ümid edirəm ki, panel sessiyaları və müzakirələr intellektual baxımdan stimullaşdırıcı və faydalı olacaq.

Biz yeni ideyaların yaranmasında, qarşılıqlı əməkdaşlığın qurulmasında çox maraqlıyıq! Biz buna çərşənbə günü Cambridge Assessment (Kembric Qiymətləndirmə) ilə tərəfdaşlıq sazişi imzalamaqla başlayırıq. Biz təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar olan hər bir kəslə əməkdaşlıq etməyə hazırıq və bunu səbirsizliklə gözləyirik.

Tərəfdaşlarımız, sponsorlarımız və bütün bizə dəstək olanlarla birgə sizin Bakıya bu gəlişinizi xoş xatirələrlə zəngin və unudulmaz etməyə çalışmışıq!

Bu həftə burada toplaşan və Bakını yenidən təhsilin qiymətləndirilməsi üzrə müzakirələr mərkəzinə çevirən hər bir kəsə dərin təşəkkürümü bildirirəm”.

Təhsil naziri Ceyhun Bayramov ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətləri sırasında səriştəyə əsaslanan təhsil məzmununun və yeni təhsil idarəetmə sisteminin yaradılması, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi və yüksəkixtisaslı kadrlar hazırlanmasının təmin edilməsi, rəqabətqabiliyyətli mütəxəssislər yetişdirilməsi, həmçinin təhsilin beynəlmiləlləşdirilməsi imkanlarının genişləndirilməsi önəmli məsələlərdir. Son 6 ildə təhsilin keyfiyyətində xeyli irəliləyiş əldə edilib. Əldə olunan nailiyyətlərin gedişatını ölçmək üçün Azərbaycan bir sıra beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir. "Progress in International Reading Literacy Study" (PIRLS) - oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb.

Azərbaycanda məktəbəqədər təhsil səviyyəsinin inkişafı istiqamətində mühüm addımlar atılır. Son üç ildə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb göstəricisi 24 faizdən 75 faizə kimi artırılıb.

Ölkəmizdəki mərkəzləşdirilmiş imtahan modelinin yüksək səviyyədə şəffaflıq və rəqabət əldə etməsi baxımından həlledici rolu olub.

Milli tədris proqramları gələcək əmək bazarının ehtiyaclarını ödəmək, öyrənənlərin fərdi rifahına və xoşbəxtliyinə nail olmağa xidmət edir. Bu məqsəd üçün qiymətləndirmə siyasəti əsas aparıcıdır.

Təhsil sistemini dünyada baş verən sürətli dəyişikliklərə uyğunlaşdırmaq əsas istiqamətlərdən biri olmalıdır.

İnanıram ki, konfrans hamımızın bu sahədə ən yaxşı təcrübələrimizi bölüşmək və qarşılaşdığımız ümumi problemləri müzakirə etmək üçün bir platforma olacaq.

Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, konfransın gündəmində duran məsələlər, o cümlədən qiymətləndirmə proseslərində texnologiyaların rolu, imtahan proseslərinə aid psixoloji tədqiqatlar artırılması, təhsildə müəllimlərin yeri universitetlərin gündəlik işinə bilavasitə təsir edir.

Rektor vurğulayıb ki, təhsildə şəffaf və etibarlı qiymətləndirmə prosesinin inkişafı üçün Azərbaycan mühüm irəliləyişlər əldə edib - sovet dönəmindən qalan subyektiv və qərəzli qiymətləndirmə bilik və qabiliyyətləri aydınlaşdıran imtahan sistemi ilə əvəz olunub. Məhz bunun nəticəsində ölkədə həm universitetlərin keyfiyyəti, həm də onların məzun etdiyi insan kapitalının səviyyəsi müvafiq şəkildə qalxıb.

ADA Universitetinin təcrübəsi ilə bölüşən Hafiz Paşayev deyib ki, rəhbərlik etdiyi ali təhsil ocağı ölkədə bakalavr proqramlarına qəbulda beynəlxalq SAT imtahanının nəticələrini nəzərə alan ilk universitet idi. SAT nəticələri ADA-nın ərizə qəbulu prosesində tələb olunan digər sənədlər və daxili müsahibə mərhələsinin nəticələri ilə birgə nəzərə alınır. Hazırda bu təcrübədən ölkənin digər universitetlərində də istifadə olunur.

Hafiz Paşayev diqqətə çatdırıb ki, ADA Universiteti davamlı olaraq Dövlət İmtahan Mərkəzi ilə işləyərək ölkədə imtahan sisteminin təkmilləşdirilməsi üçün yeni yollar və üslublar üzərində çalışır. Buna misal kimi, imtahanlar zamanı istifadə olunan sualların abituriyentlərin məntiqi və tənqidi düşüncə tərzini yoxlamağa istiqamətləndirildiyini göstərmək olar. Beləliklə, tələbələr əzbərçilikdən uzaqlaşaraq, təhlil və tənqid kimi vacib qabiliyyətləri inkişaf etdirirlər. Bundan əlavə, ADA Universiteti ölkədə ilk dəfə olaraq orta məktəbin əhəmiyyətini vurğulamaq məqsədilə pilot layihəsi çərçivəsində ali təhsilə qəbul imtahanlarını orta təhsildən məzun imtahanlarının nəticələri ilə birləşdirdi. Belə ki, bu ildən fəaliyyətə başlayan ADA Məktəbinin məzunları ADA Universitetinin bakalavr pilləsinə məktəbin yekun daxili orta bal qiymətləndirmə sistemi (Cumulative Grade Point Average) əsasında qəbul olunacaqlar. Hafiz Paşayev bu yeniliyin də ölkənin təhsil sisteminə müsbət meyillər gətirəcəyinə inandığını dedi və bildirdi ki, ADA Universiteti dataya əsaslanan təhlil nəticəsində qəbul prosesini daha da təkmilləşdirmək üçün Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıqda humanitar və texniki elmlər üzrə bilikləri qiymətləndirəcək vahid imtahanın institusional həlli yollarını axtaracaq. Bu da məktəbliləri əlavə müəllimlə məşğul olmaq zərurətindən azad edəcək.

Orta məktəb mühitinin vacibliyini diqqətə çatdıran rektor Hafiz Paşayev vurğuladı ki, sinif mühiti tək şagirdlərə bilik və bacarıq vermək üçün deyil, həm də vətəndaş hazırlayan mühit kimi labüddür.

ADA Universitetinin rektoru konfrans müzakirələrinin nəticələrinin dünyanın hər yerində təhsilin keyfiyyətinin qaldırılmasına xidmət edəcəyinə inamını bildirib.

Açılış mərasimində Kolumbiya Universitetindən (ABŞ) Amra Sabik-El Rayessin videomüraciəti təqdim olunub. Müraciətdə Amra Sabik-El Rayess 2018-ci ildə ABŞ dövlət departamenti və Azərbaycan Təhsil Nazirliyi tərəfindən ölkəmizə işə dəvət edildiyini xatırlayaraq deyib: “Bu, Azərbaycanın təhsil sistemi, onun imkanları və qarşılaşdığı çətinliklərini öyrənməyim üçün böyük fürsət oldu. Uzun illər araşdırdığım sistemlərdən fərqli olaraq, Azərbaycan təhsilin testlə yoxlanılması sahəsində nəzərəçarpan addımlar atıb və digər ölkələr bundan nümunə götürə bilər. Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs kimi Azərbaycanda təhsil sahəsində standartlaşdırılmış test imtahanlarının keçirilməsinə məsuliyyət daşıyır və təhsildə hərəkətliliyə ictimai inamın yenidən qurulmasında aparıcı rol oynayır. Azərbaycana gələndə verdiyim ilk sual DİM-in bunu necə etməsi haqqında olmuşdu. Cavab isə belə idi: DİM subyektiv təsiri minimuma endirmək üçün texnologiyanın tətbiqindən geniş istifadə edir. DİM, eyni zamanda, "Educational Testing Services", UNESKO və digər beynəlxalq qurumlarla əməkdaşlığı genişləndirib. Bu, Azərbaycan tələbələrinin DİM tərəfindən aparılan test imtahanlarının legitimliyinə olan inamının bərpasına kömək edib. DİM ali təhsildə test üsulunun obyektivliyi və şəffaflığının təkmilləşdirilməsi ilə yanaşı, 2012-ci ildən bəri orta məktəblərdə buraxılış imtahanlarını da standartlaşdırılmış test üsulu üzrə keçirməyə başlayıb. Sizə maraqlı ola bilər ki, onları işlərini genişləndirməyə nə vadar etdi? 2012-ci ilə qədər məktəblərdə ilk sıralarda olan şagirdlər ali məktəblərə qəbul imtahanlarında heç də həmişə yüksək nəticə göstərmirdilər. İlk baxışdan orta məktəblərdə test üsullu qiymətləndirmənin tətbiqi bir qədər subyektiv görünə bilərdi. Ancaq DİM buraxılış imtahanlarını keçirməyə başlayandan sonra şagirdlərin həmin imtahanlardakı nəticələri ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrlə uyğunluq təşkil etməyə başladı. Bəlkə də ən mühüm məqam odur ki, DİM-in təcrübəsi və faktlara əsaslanan yanaşma tətbiq etməsi, əksəriyyət tərəfindən etibarlı və obyektiv hesab edilməyən standartlaşdırılmış test imtahanlarına ictimai etimadın bərpa olunmasını sürətləndirib. Bu isə öz növbəsində, illər keçdikcə qəbul imtahanlarında iştirak etmək üçün müraciətlərin sayının artmasına, eləcə də kənd yerlərində aztəminatlı və məcburi köçkün ailələrindən olan şagirdlərin ali təhsil alması istiqamətində geniş imkanlara yol açıb. Standartlaşdırılmış test imtahanına ictimai inamın bərpa olunması ilə test imtahanlarına hazırlıq sənayesi yaranıb və bu, Azərbaycan müəllimlərinin iş imkanlarını genişləndirib.

Burada Azərbaycanla bağlı ən mühüm məsələ isə budur: DİM tənqidi siyasi iradənin istənilən növ məntiqli transformasiyada necə mühüm rol oynadığını bizə öz gördüyü işlərlə sübut etdi.

Azərbaycanın inkişaf yolu təhsildə ruhlandırıcı və transformasiyalı tarixçələrin mövcud olduğunu bizə öyrədir. Azərbaycanın standartlaşdırılmış test təcrübələrinin transformasiyasında əldə etdiyi uğurun şahidi olduqca ümid edirəm ki, ölkə millətin təhsili və iqtisadiyyat arasında daha geniş əlaqəni uğurla inkişaf etdirəcək”.

Konfransda Böyük Britaniyanın Durham Universitetinin professoru Piter Tims “İlkin qiymətləndirmənin üstünlüyü: ibtidai təhsildə potensialın və inkişafın ölçülməsi” mövzusunda əsas məruzə ilə çıxış edib. O, məruzəsində ilkin təhsildə bilik və bacarıqların səmərəli qiymətləndirilməsini təşkil etməyin zəruriliyini bildirib. Qeyd edib ki, təhsil proqramlarını indikindən daha qətiyyətli şəkildə tərtib etməklə fərdi problemlər yaranmamışdan əvvəl onları müəyyənləşdirib aradan qaldırmaq mümkün olar. Növbəti il ikinci bir qiymətləndirmənin aparılması daha ciddi şəkildə tələbələrin xüsusi ehtiyaclarının müəyyən edilməsinə, onların il ərzində şagird, məktəb və ölkə səviyyəsində hesab, oxu, sosial və fiziki inkişaf sahələri üzrə inkişaf səviyyələrini ölçməyə kömək edəcək. Yetərli səviyyədə olmayan TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) kimi təhsil nailiyyətlərinin qiymətləndirilməsi tədqiqatlarına güvənməkdənsə, ilkin qiymətləndirmənin düzgün aparılması bütün təhsil sistemlərinin təsirinin dəyərləndirilməsi üçün təməl rolunu oynayacaq.

Piter Timsin fikrincə, dünyada təhsil sahəsində yüzlərlə ilkin qiymətləndirmənin fəaliyyət göstərdiyi bir dönəmdə niyə bu sahədə böyük irəliləyişləri görmədiyimizi aydınlaşdırmaq ağlabatandır. Cavab isə budur ki, qarşılaşdığımız çağırışlar son dərəcə ciddidir. Bunların sırasında bir neçə əsas olan aşağıdakılardır; uşaqların diqqət yayınıqlığı (qısa konsentrasiyası dövrü), onların çoxunun ilkin təhsilə başlayarkən oxuya və yaza bilməməsi, müvafiq məktəbəqədər tədris planının olmaması, cavabdehlik üzrə testin mənfi nəticələri və uşaqların bilik və bacarıqlarının ibtidai təhsil üzrə ekspertlər tərəfindən dəyərləndirilməsinə qarşı geniş yayılmış narazılıq.

Bu yaşda qısa, lakin daha əhatəli qiymətləndirmə aparılmalıdır. Bu qiymətləndirməni aparan şəxsin kimliyindən asılı olmayaraq prosesin eyni nəticələri olmalı, həm də müxtəlif dillər və mədəniyyətlərlə müqayisə edilə bilən olmalıdır. Həmin qiymətləndirmə prosesi müəllimlərin də rəğbətini qazanmalıdır. Bu məqsədə tam nail olunmasa belə, bu qiymətləndirmə nəyin üzərində çalışmalı olduğumuzu nümayiş etdirir.

Piter Tims irəli sürdüyü fikirləri konkret nümunələrlə əsaslandırıb.

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransı sessiyalarla davam edib.

Konfrans çərçivəsində "İbtidai təhsildə test", "Dilin qiymətləndirilməsi", "Qiymətləndirmə sistemləri", "Sinif qiymətləndirməsi", "Qiymətləndirmə fəlsəfələri" mövzularında sessiyalar keçirilib.

Sessiyalarda çıxış edənlər mövzularla bağlı apardıqları araşdırmalardan və təmsil etdikləri ölkələrin təcrübəsindən danışıblar.

Niderlandın Cito təhsilin ölçülməsi institutundan Frans Kleintjes təlim nəticələrini artırmaq üçün şagirdlərin monitorinq sisteminin Kürasaoda tətbiqindən danışıb.

Dövlət İmtahan Mərkəzinin əməkdaşları Məhəmməd Adıgözəlov və İlahə Gülalıyeva "5-6 yaşlı uşaqların intellektual inkişaf səviyyəsini müəyyənləşdirmək üçün testin hazırlanması" mövzusunda çıxış ediblər. Qeyd olunub ki, praktik psixoloqlar üçün metodik ədəbiyyatın əksəriyyətində çox vaxt düzgün sınaqdan keçirilməmiş alətlər yer alır. Digər tərəfdən, bəzi mütəxəssislər və məktəblər uşaqlara diaqnoz qoymaq üçün xarici norma və standartları tətbiq edirlər.

Diqqətə çatdırılıb ki, tədqiqat zamanı mövcud zəka testləri nəzəri və metodoloji təhlil edilib, məktəbdə uşaqların psixoloji problemlərinə aydınlıq gətirilməyə çalışılıb. Araşdırma zamanı məktəb yaşı çatmamış uşaqların zehni inkişafının ümumi qəbul edilmiş quruluşundan, intellektual inkişaf səviyyəsinin hərtərəfli diaqnozu üçün metodologiyadan, valideynlər və müəllimlər üçün ayrıca anketlərdən istifadə edilib, sosial-psixoloji amillər nəzərə alınıb.

“Dil biliklərinin qiymətləndirilməsi” sessiyasında qiymətləndirmədə və rəqəmsal savadda istifadə olunan dilin araşdırılması, qlobal miqyasda ingilis dili və Çin dili standartlarının müqayisəli təhlili istiqamətində müzakirələr aparılıb. Həmçinin sessiyada Kembric Qiymətləndirmə departamentindən Daniel Broker və Dövlət İmtahan Mərkəzindən Vəli Hüseyn "Qiymətləndirmə və qərar qəbulu: ingilis dilinin qiymətləndirilməsi üzrə Kembric və Azərbaycan arasında bilik mübadiləsi və əməkdaşlıq" mövzusunda təqdimat ediblər.

“Qiymətləndirmə sistemləri” sessiyasında Dövlət İmtahan Mərkəzinin əməkdaşı Pərviz Kazımov "Fərdi, institusional və ümummilli qərar qəbulu üçün inteqrasiya olunmuş qiymətləndirmə sistemi ilə əldə edilən məlumatlardan səmərəli istifadə yolları" mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi orta məktəblərin buraxılış imtahanları, universitetlərə qəbul, habelə dövlət qulluğuna namizədlərin seçimi daxil olmaqla kompleks qiymətləndirmə sistemini idarə edir. Qurumun fəaliyyətinin ilk mərhələlərində mərkəzləşdirilmiş imtahan sisteminin yeganə məqsədi universitetlər üçün tələbələrin qərəzsiz seçilməsini təmin etmək olsa da, sonradan fərdi və institusional qərar qəbulu üçün nəhəng məlumat istehsalı platformasına çevrilərək texniki və tədqiqat potensialını artırıb. Platforma namizədlər və təşkilatlar daxil olmaqla bütün maraqlı tərəflərin tələblərini uyğunlaşdırmaq üçün hazırlanıb. Çeviklik, texnologiyaya əsaslanan dizayn və elmi yanaşma, sistemin fasiləsiz və bəzən fərdi və institusional potensialın artırılmasına yönəlmiş müsbət dəyişikliklərin və yeniliklərin hərəkətverici qüvvəsi kimi çıxış etməsinə imkan verir.

Dövlət İmtahan Mərkəzi tərəfindən idarə olunan mütəxəssislər və müəllimlər şəbəkəsi müxtəlif qiymətləndirmə vasitələrini inkişaf etdirir, təhsil müəssisələrinin, dövlət qurumlarının və şəxslərin xüsusi tələblərinə uyğun olaraq qiymətləndirmə prosedurlarını idarə edir. 2016-cı ildən Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna namizədlərin seçilməsini idarə etməyə başlayıb. Bu, ali təhsil səviyyəsində qiymətləndirmənin təsdiqlənməsi və universitet təhsilinin real karyera tələbləri ilə uzlaşdırılması üçün yeni perspektiv açır.

"Sinif qiymətləndirməsi" sessiyasında Azərbaycan Müəllim İnkişaf Mərkəzinin direktor müavini Xədicə Cəfərova "Sinif qiymətləndirmələrindən istifadə etməklə tədris haqqında əsaslandırılmış qərar qəbulu" mövzusunda çıxış edib. Diqqətə çatdırıb ki, yeni qiymətləndirmə sistemini mənimsəmək və faydalarını artırmaq üçün dəqiq konsepsiya hazırlanmalıdır. Bu sənəd sinif qiymətləndirmələrinə konseptual səviyyədə baxır və tədris praktikasının təkmilləşdirilməsi məqsədilə qərar verməkdə rolunu təhlil edir. Beləliklə, diaqnostik və formativ qiymətləndirmələrə dinamik baxılır (məlumatların toplanması, təfsiri və bundan sonra nə ediləcəyi barədə qərar); summativ qiymətləndirməyə statik baxılır (tələbənin akademik fəaliyyətinin vahid, dövlət standartları və s. baxımından qiymətləndirilməsi).

"Qiymətləndirmə fəlsəfələri" sessiyasında toxunulan problemlərdən biri "IQ testlərində məntiq sualları nə qədər məntiqlidir?" mövzusu olub. Bu barədə çıxış edən ADA Universitetindən Yaqub Əliyev sualların determinist (bilik və bacarıqlar əsasında həll edilə bilən) və ehtimal olunan (şansın olması ilə həll edilə bilən) növlərinə diqqəti çəkib. Bildirib ki, şans elementləri olan məntiq suallarından qəbul və ya buraxılış imtahanlarında, işə qəbul testlərində istifadə etmək düzgün deyil.

Günün davamında “Qiymətləndirmənin yoxlanılması sistemləri, “Qiymətləndirmənin tərtib olunması”, “İbtidai təhsildə test”, “Müəllimlərin sertifikasiyası”, “Qərar qəbuletmə” mövzularında sessiyalar keçirilib.

Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova “Müəllim standartları rubrikaları əsasında müəllim peşə inkişafının müəyyənləşdirilməsi” mövzusunda məruzə edib. O, 2014-2015-ci illərdə Azərbaycanda ilk dəfə olaraq müəllim standartları hazırlandığını xatırladıb. Diqqətə çatdırıb ki, hər alt standartlarla əlaqəli rubrikalar müəllimlərə peşəkar inkişafını dörd səviyyəyə görə qiymətləndirməyə imkan verir: az təcrübəli, təcrübəli, peşəkar və lider. Rubrikalardan istifadə edərək müəllimlər karyera pillələrində təcrübələrini qiymətləndirmək və həmkarlarından rəy almaq üçün əsas sahələri müəyyən edə bildilər. Tədqiqat göstərdi ki, hazırlanmış rubrikalardan həm müəllimin peşə səviyyəsini qiymətləndirmək, həm də peşəkar inkişaf ehtiyaclarını müəyyən etmək, müəllimin məktəb rəhbərliyi və ya hökumət tərəfindən dəstəklənə biləcəyi ən vacib sahələri aydınlaşdırmaq üçün istifadə edilə bilər.

Sessiyalarda “Dəyişən məlumatlar: qiymətləndirmələrin qiymətləndirilməsi üçün çərçivə”, Avtomatik qiymətləndirmə sistemini necə dəyərləndirmək olar?”, “İmtahan keyfiyyətinin təmin olunmasına dair RCEC təşkilatının dəyərləndirmə sistemi”, “Yüksək səviyyə üçün çoxmərhələli testin hazırlanması və inkişafı”, “PISA 2021 və ondan kənarda: yaradıcı düşüncə üçün innovativ təlim və qiymətləndirmə həllərinin dizaynı və inkişafı”, “Oxu üzrə birinci sinif skrininq testi üçün predmetlər hazırlanması: baza testi”, “Kompüterləşdirilmiş ssenari əsaslı qiymətləndirmədə fərqli test kontekstinin rolu” və digər mövzularda məruzələr dinlənilib.

Konfransın işıqlandırılmasında AZƏRTAC Dövlət İmtahan Mərkəzinin rəsmi media tərəfdaşıdır. IAEA-nın üzvü olan Dövlət İmtahan Mərkəzi bu təşkilatın keçirdiyi tədbirlərdə mütəmadi iştirak edir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan hələ 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir konfrans keçirilən ilk ölkə olub.

IAEA 2019 beynəlxalq konfransı sentyabrın 27-dək davam edəcək.

Bakıda IAEA 2019 beynəlxalq konfransının açılış mərasimi keçirilib YENİLƏNİB 4 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib