Bakıda keçirilən Formula 2 yarışlarında sıralanma turuna yekun vurulub
Bakı, 27 aprel, AZƏRTAC
Fransanın “Dams” komandasının pilotu Aleksander Olbon Bakıda keçirilən Formula 2 yarışında sıralama turunun qalibi olub.
AZƏRTAC xəbər verir ki, 22 yaşlı pilot 1 dəqiqə 54,48 saniyəlik nəticə ilə rəqiblərini qabaqlayıb. Böyük Britaniyanın “Carlin” komandasının sürücüsü Lando Norris ikinci, Fransa təmsilçisi “Art Grand Prix”in pilotu Corc Rassel isə üçüncü yeri tutublar.