BAKIDA KEÇİRİLƏN UNİVERSAL DÖYÜŞ ÜZRƏ BEYNƏLXALQ TURNİRƏ YEKUN VURULMUŞDUR
Turnirdə Azərbaycanla yanaşı Rusiya, Türkiyə, İran, Gürcüstan və Nigeriya idmançıları da qüvvələrini sınamışlar.
Beynəlxalq turnirdə 3 komanda ilə təmsil olunan Azərbaycan idmançıları yarışda 11 qızıl, 13 gümüş və 21 bürünc medal qazanmışlar.
Kişilərin yarışında Mənsur Hüseynov (60 kq), Xəyyam Səfixanov (70 kq), Əyyub Qazıyev (80 kq), Anar Məmmədov (90 kq), Rəşad Ocaqverdiyev (95 kq) və Elşən Məmmədov (95 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Qadın idmançılarımızdan isə Nazənin Məmmədova (52 kq), Günel Orucova (57 kq), Fərəh Rəsulova (63 kq), Ləman Səmədova (70 kq) və Günay Axundova (78 kq) bütün rəqiblərinə qalib gələrək birinci yerə çıxmışlar.
Yüzdən çox idmançının qatıldığı turnirdə Azərbaycan komanda hesabında birinci pillədə qərarlaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]