Bakıda mağazaları talayan şəxs saxlanılıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Paytaxtın Yasamal rayonunda silsilə oğurluqlar qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxs ayrı-ayrı vaxtlarda 3 mağazadan ümumilikdə 2 min 76 manat nağd pul və 2 min 760 manat dəyərində tütün məmulatlarını talayıb. Bu barədə zərərçəkənlər polis orqanına müraciət ediblər.
Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş 32 yaşlı S. Zeynalov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]
Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]