Bakıda “Puşkiniana” layihəsinin qalibləri mükafatlandırılacaq
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 18-də Səməd Vurğun adına Akademik Rus Dram Teatrında “Puşkiniana-2023” layihəsinin qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ədəbi müsabiqə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, Bakıdakı Rus Evi, Azərbaycanın Elm və Təhsil Nazirliyi, Azərbaycanın Rus İcması və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimlər Assosiasiyasının dəstəyi ilə keçirilib.
Layihədə Bakı şəhəri və Azərbaycan regionlarının orta ümumtəhsil məktəblərinin şagirdləri və ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər.
Layihənin koordinatoru - Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakuninadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:37]
Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram
- 29.09.2026 [19:09]